17 il dostluq edən rəfiqələri şoka salan sirrin üstü açıldı - FOTO/VİDEO

00:52 06-03-2020 | icon 509 | Maraqlı
17 il dostluq edən rəfiqələri şoka salan sirrin üstü açıldı - FOTO/VİDEO

17 il dostluq edən iki qadın illər sonra doğma bacı olduqlarını öyrəniblər.

 

UPI-nın məlumatına görə, bu hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib.

 

31 yaşlı Eşli Tomas və 29 yaşlı Toya Uimberli hələ məktəbdə oxuyarkən bir-birləri ilə tanış olublar və o vaxtdan heç vaxt bir-birindən ayrılmayıblar. 15 il öncə Eşli öyrənir ki, onu doğma atası tərbiyə etməyib, əsl atasının kimliyini isə ancaq anası deyə bilərdi, o, isə dünyadan köçmüşdü. 

 

Bu sirrin üstünü açmaq isə illər sonra rəfiqəsi sayəsində mümkün olub. Belə ki, Eşli “Facebook”da Toyanın atasının şəklini görür və bir vaxtlar anası ilə görüşən kişini tanıyır.

 

Bundan sonra rəfiqələr bacı ola biləcəklərini düşünüblər. DNT testi onların şübhələrini təsdiqləyib.

 

Bu xəbər kişini şoka salıb. O, qızı barədə heç nə bilmədiyini iddia edib.

 

“Mənsiz doğulan və böyüyən qızım üçün çox pis olmuşam, ancaq eyni zamanda xoşbəxtəm ki, bu gözəl və uğurlu karyerası olan qadın mənim balamdır”, - deyə, o etiraf edib.

 

“Sən demə bu səbəbdən biz Eşli ilə bu qədər oxşarıq, altıncı sinifdən bəri ayrılmamışıq”, - deyə Toya özünün “Facebook” səhifəsində yazıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı