Niyə çox yaxşı insanlar həyatda uduzur?

01:09 06-03-2020 | icon 718 | Sağlamlıq
Niyə çox yaxşı insanlar həyatda uduzur?

Hamı üçün yaxşı olmağa çalışma

 

“Yaxşı ol, çalış yaxşı ol, mədəni ol, kobudluq etmə” - uşaqlıqdan evdə və məktəbdə eşitdiyiniz, qulağımızda sırğa etdiyimiz sözlərdir?
 
 
Düzdür, hamı yaxşı ola bilmir, amma yaxşılar da az deyil.
 
 
Bəs hamını razı salmağa çalışan, yaxşı olmaq üçün çarpışan, özündən belə imtina edən bir şəxs kənardan necə görünür, kimdir o?
 
 
- O, heç kəsin xahişini yerə salmaq istəmir
- Yox deyə bilmir, hamını necə olursa olsun razı salmağa çalışır
- Həqiqəti gizlədir
- Özünün yaxşı bir insan olduğuna əmin deyil, sanki həmişə nədəsə geri qaldığını düşünür
- Xarici görünüşü bir qədər yorğun və əzablı görünür
- Vaxtının çoxunu doğmaları və özgələrə xərcləyir
- Öz istəklərini dilə gətirmir, fikrində konkret deyil
 
 
Oxuduqca, xoşagəlməz mənzərə yaranır deyilmi? Ürəyi sıxılır insanın.
Çox yaxşı, lap yaxşı, hamı üçün yaxşı adamların da ürəyi belə sıxılır. Büruzə verməsələr də.
 
 
Bütün dünya filosofları əvvəldə olmasa da, sonda belə fikrə gəlirlər: Hamı üçün yaxşı olmaq mümkün deyil, buna çalışma.
 
 
Həddən artıq yaxşı insan olmaq insanın həyatı, sağlamlığı, psixologiyası, keçmişi və gələcəyi üçün çox zərərlidir.
 
- Yaxşı insanı tez unudurlar, çünki yaxşılıq yadda qalmır.
- Yaxşı insanı kütlə arasında, nəsildə, evdə diqqətdə saxlamırlar
- Yaxşı insan bir tələbini, istəyini dilə gətirəndə, etirazını bildirəndə onu ciddiyə almırlar – Heç nə olmaz, o inciyən deyil onsuz da
- Yaxşı insanın xətrinə dəyməmək üçün heç kim çalışmır
- Yaxşı insan çətin məqamda birinci qurban verilir
 
 
Yaxşı insanlar özlərinə və ətrafa qarşı açıq və dürüst olmur. Niyə?
 
Məsələn, restoranda xoşu gəlmədiyi bir səhv, dadsız yemək, osifiantın kobudluğuna qarşı icində üsyan olsa da, kobudluq və mərdimazarlıq etməmək, qəlb qırmamaq, səs-küy salmamaq, kiminsə rahatlığını pozmamaq üçün sözünü deməz, əksinə hər şey yaxşı idi deyib təşəkkür edər.
 
Bununla o, insan və müştəri kimi haqqını qurban verdi. Bəs qarşındakı bunu bildimi? Xeyr.
 
Restoran, işçi, aşpaz, ofisiant müştəriyə qarşı yanlışlıq etdiyini də bilməyəcək və sizdən sonrakılara da eyni səhvi edəcək. Çünki yaxşı adam onun səhvlərini gizlətdi.
 
 
 

Çox yaxşı adam əslində zəifdir

 
 
Ola bilər ətrafı onu güclü görsün, amma o özü şəxsiyyətində zəifdir. Çünki özünə qarşı dürüstlüyü itirib.
Nəyə görə kobud oğlanları sevirlər, nəyə görə həyasız qızların hər istədiyini edirlər?
 
 
Çünki kobud oğlanlara daha çox güvənirlər, yeri gələndə sözünü, mövqeyini gizlətmir, əsəbi vaxtı ilə, razı vaxtı eyni dərəcədə üzdədir. Onlar hamıya yaxşı olum deyə sevgisini, özünü, ailəsini qurban verməyəcək.
 
 

Yaxşı olmaq uğurlu olmaq deyil

 
 
İşdə, biznesdə, siyasətdə uğurlu şəxsiyyət ucdantutma hamıya mələk kimi davranan insan hesab edilmir. Öz tələbini, istəyini, fikrini, etirazını normal tərzdə formalaşdırıb çatdırıb, bununla ümumi mənafeyi xilas edənə hörmət edilir.
 
 
Hər kəs üçün birinci yerdə öz şəxsi sərhədi, karyerası, sağlamlığı, ailəsi, arzuları durur. Onları qorumaq insanın özünün borcudu. Özünü qurban vermək bir çox həyat məsələlərində geri qalmaq deməkdir.
 
 
 
Əgər bir gün əgər o dünyaya inanırsızsa, həyata keçməyən arzularınızı, insanlardan umu-küsünüzü, qədir qiymətinizin bilinmədiyini, yaxşılıq etsəz də sonda heç nəsiz qaldığınızı Tanrının qarşısında deyib şikayət etsəz, məncə ondan da bu cavabı alacaqsız.
 
Axı kim dedi ki, özünü qurban ver.. Çox yaxşı olmaq lazım deyildi. Sadəcə pislik etmə, mərhəmətli ol yetər. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI