"Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq"

13:24 11-05-2018 | icon 555 | Siyasət
"Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq"

Bu gün Azərbaycan Ordusu müasir silahlarla tam təmin edilib və Ali Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqları yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına malik ordudur.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Ümummilli Lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Sevdiyim" adlı layihənin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır:

 

"Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndidə dalğalanacaq".

 

F.Ələsgərov bildirib ki, Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına 70 il sonra sahib çıxıb:

 

"Artıq 28 ildir ki, Azərbaycan dövlətinin bayrağı enmədən dalğalanır. Bu bayraq bu gün regionda aparıcı dövlətə çevrilmiş güclü Azərbaycan dövlətinin bayrağıdır. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı Ümummilli Liderə borcludur. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan MDB-nin ən güclü ölkəsinə çevrildi, dövlət quruculuğu uğurla aparıldı, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün dünyanın aparıcı neft şirkətləri ilə müqavilə imzalandı".

 

Prezidentin köməkçisi bu gün Azərbaycanda aparılan siyasətin nəticəsi olaraq ölkədə ictimai-siyasi sabitliyin hökm sürdüyünü də söyləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı