"İnzibati resursun hesabına mandatımızı cibinə qoyan şəxsi təbrik etmirəm"

11:26 06-03-2020 | icon 526 | Siyasət
"İnzibati resursun hesabına mandatımızı cibinə qoyan şəxsi təbrik etmirəm"

Əlabbas Məhərrəmov: "Həyat davam edir, növbəti seçkidə inşəAllah görüşəcəyik"

 

"Əziz Qubalilar! 9 Fevral növbədənkənar parlament seckilərinə yekun vuruldu. Seçki bitdi. Bu seçki dövründə qazandıqlarımız da oldu, itirdiklərimiz də. İtirdiklərimiz aşağı-yuxarı bəllidir. Qazandıqlarımız isə..."

 

Versus.Az xəbər verir ki, bunu 52 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd olmuş Əlabbas Məhərrəmov şəxsi "Facebook" hesabında yazıb:

 

"Qazandıqlarımız isə həyat təcrübəsi, kəndlərimizdə dost deyə biləcək insanlarla tanışlıq, uzun illər tanıdığım insanların iç dünyasını, hörmət qoyub salam verdiklərimizin sən demə salama layiq olmamalarını, "facebook"-da inboxa bir mesaj - aşıq səhifəyə başqa mesaj yazanları, gecə sat 03-də övladını yuxudan oyadıb kücələrdən şəkillərimi yararsız hala saldıranı, "nə qulluğun" deyib sonra bəhanə edəni, seçki günü "məni bağışla, təhkimçiyəm" deyəni, seçki günü təhkimçi ola-ola kişi kimi hərəkət edəni, "mamani "youtube"yə qoyma sən canın" deyəni, məktəblərin yaxınlığında qarın içində boynubükük vəziyyətdə vargəl edib insanlara yaxınlaşanı, qayınatama çaşıb "dördüncüyə səs ver" deyib sonra "vayyy biyabır oldum" deyəni, seçki komissiyasında "xoş gəlmisən" deyən, sonra isə verilən tapşırığa görə səninlə münasibəti korlayan "insan"ları və sair... Qazandıqlarımız bunlar oldu. Həyat davam edir. Növbəti seçkidə inşəAllah görüşəcəyik..."

 

Əlabbas Məhərrəmov haqsız, ədalətsiz, inzibati resursun hesabına mandatı cibinə qoyan şəxsi təbrik etmədiyini də yazıb:

"Əksinə, qınayıram və dediyim kimi, hər zaman qeyd edirəm!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI