Futbol matçlarında əllə görüşmək qadağan olundu

11:42 06-03-2020 | icon 492 | İdman
Futbol matçlarında əllə görüşmək qadağan olundu

İngiltərədə artan koronavirus xəstələrinin sayının artması Premyer Liqa rəhbərliyini də bəzi qərarlar almağa vadar edib.

 

Versus.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa oyunlarında bundan sonra futbolçuların matçdan öncə əl sıxaraq salamlaşması, eləcə də qucaqlaşması qadağan olunub.

 

Bu, təkcə futbolçulara aid deyil. Həkimlərin tibbi tövsiyyələrini nəzərə alan Premyer Liqa rəhbərliyi hətta oyuna təyinat alan bütün rəsmilərin, klub işçilərinin, məşqçilərin də əllə görüşməsini qadağan edib.

 

Sözügedən qadağa Premyer Liqanın bu həftə baş tutacaq 29-cu turundan etibarən qüvvədə olacaq.

 

Qeyd edək ki, artıq bu cür qadağalar Belçika və Şotlandiya çempionatlarında da tətbiq olunmağa başlayıb.

 

Yeri gəlmişkən, İngiltərə Futbol Assosiasiyası koronavirus epidemiyasına görə Premyer Liqa oyunlarının azarkeşsiz keçirilməsinə də qərar verə bilər. Bu barədə “Everton”un Direktorlar Şurasının üzvü Aleksandr Ryazantsev Britaniya mətbuatına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün yaxın günlərdə bu məsələyə baxıla bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür