"...Növbəti seçkilərə də hazırlıq işlərinə başlayacağıq"

12:24 06-03-2020 | icon 387 | Siyasət
"...Növbəti seçkilərə də hazırlıq işlərinə başlayacağıq"

Fuad Əliyev: "İqtidar da, biz də Azərbaycanı demokratik görmək istəyirik və problemlərin həlli yollarını birgə tapmalıyıq"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avrasiya.net-ə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.



- Fuad müəllim, artıq Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi. Seçkiyə qatılıb mandat əldə edə bilmədiniz...


- Bu bizi ruhdan salmayıb. Partiya olaraq öz fəaliyyətimizi davam etdirəcəyik. Birinci növbədə təşkilatlanma işlərini gücləndirəcəyik. Rayon təşkilatlarını saf-çürük edəcəyik, fəaliyyətləri zəif olan təşkilatları buraxıb yerlərinə yeni rəhbərləri gətirəcəyik ki, təşkilat və bütövlükdə partiya daha da güclənsin. Paralel olaraq növbəti seçkilərə də hazırlıq işlərinə başlayacağıq.



- Parlamentə yeni simalardan biri olan Erkin Qədirlinin mandatdan imtina etməməsi birmənalı qarşılanmadı. Sizin fikrinizcə Erkin Qədirli nə etməlidir?



- Qazandığı mandatına uyğun olaraq parlamentin iclaslarında iştrak edib vətəndaşların, cəmiyyətin problemlərini parlament tribunasından səsləndirməlidir. Ümumiyyətlə, onun üstünə düşənlərin fikirlərini qəbul etmirəm. Sən 5, 10 il parlament üzvü ola bilirsən, digərləri ola bilməz? Bu nə yanaşmadı? Bu necə olur, mən iştrak etdiyim seçkilərdə saxtakarlığı qəbul etmirsiz, məni müdafiə etmirsiz, amma siz iştrak etdiyiniz seçkilərdə olan saxtakarlığı car çəkirsiz ki, amandı, mənim səslərim oğurlandı. Demokratiya sənin istəyinlə olmur, o hamıya şamil olunur.


- Fuad müəllim, MSK 4 dairənin nəticələrini ləğv etdi və bu dairələr üzrə seçkilərin keçirilməsi gözlənilir, iştrak edəcəksizmi?



- ALDP yaranan gündən bütün seçkilərdə iştrak edib və daima hazır vəziyyətdə olub. Amma konkret bu əlavə seçkilərlə bağlı heç bir gərarımız yoxdur. Elan olunsun ondan sonra baxarıq.



- Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyev bir neçə partiya sədrlərilə görüşüb. Sizinlə görüş olubmu və nədən söhbət etmisiz?



 Bəli görüş olub, ancaq tanışlıq xarakterli. Ədalət müəllimin bu görüşləri keçirməsi yenilikdir və bunu çox normal gəbul edirəm. Bəziləri onu uzun müddət Mədəniyyət Nazirliyində nazir müavini işlədiyini və siyasətdən uzaq olduğunu kimi qələmə veriblər. Amma mən görüş zamanı tam əksinə, onun siyasi cəhətdən hətta təcrübəli olduğunu gördüm.



- Bu görüşləri iqtidar-müxalifət dialoqunun başlanması kimi qiymətləndirmək olarmı?



- ALDP olaraq biz həmişə dialoqun tərəfdarı olmuşuq. Amma dialoqun nəticəsi olmalıdır. Cəmiyyətə, vətəndaşa xeyir gətirməlidir. Dialoq xətrinə dialoq keçirməyin faydası olmayacaq. Müxalifət nümayəndələri də Azərbaycan vətəndaşlarıdır və bizlərə düşmən gözü ilə baxılmamalıdır. İqtidar da, biz də Azərbaycanı demokratik görmək istəyirik və problemlərin həlli yolların birgə tapmalıyıq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı