"Mühit dəyişib, qınaq yoxdur"
"Ailə qurulduğu gündən hər bir insan öz kiçik "dövlətini" qorumağa çalışmalıdır. Bəs görəsən, ailə quran şəxslərin hamısı bu kiçik "dövləti" daim qoruya bilirmi? Çox təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Ötən il ərzində 5562 boşanma halları qeydə alınıb. Hətta uzun müddət evlilikdən sonra ayrılma qərarı verən ailələr də var".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə bunun səbəbi artıq boşanmanın qınaq obyekti olmamasıdır:
“Əvvəllər boşanma məsələsinə pis baxırdılar. Həm də uşaqlar körpə olurdu. Burada iqtisadi asıllığın da bir təsiri var ki, iqtisadi olaraq kişidən asılı olub. Başqa bir səbəb isə uşaqlara görə ayrılmamağı düşünüb, yəni, bu ayrılığın onların psixologiyasına təsir edəcəyini fikirləşib. İndiki halda alkoqoldan əl çəkməyən kişilər və yaxud yaşlandıqca davranışı daha da pis olan kişilər vardır. Ehtimal ki, elə ona görə də boşanırlar.
Mühit dəyişib, qınaq yoxdur. Zorakılığın həddi getdikcə artır. Yaşadıqca deyinmələr də artır. Bəzən olur ki, uşaqlar böyüyəndən sonra ata- anasının boşanmasına dəstək olurlar, bu baxımdan da, boşanmaya qərar verilir. Yəni qadının keçdiyi dövr iqtisadi asılılıq dövrü olduğuna görə, uşaqların böyüməsini gözləyirlər. Uşaqların psixikasını zədələməmək üçün də onların böyüməsini gözləyənlər də var. Qadın bir müddət sonra üstündə olan zorakılığı bəzən açıq şəkildə qohumlarının arasında, yaxınlarının yanında bəyan edə bilir. İndiki dövrdə uzun müddətli evli qalmış ailələrin ayrılmasına səbəb onları heç kimin qınamayacağını bilmələridir”.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"