Qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb

13:50 06-03-2020 | icon 456 | Sosial
Qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Versus.Az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları Bərdə rayonu, Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və Bərdə rayonu, Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçiriblər.

 

Reyd zamanı hər iki müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik norma və qaydalara, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsinə malik olmadan satışa təqdim edilir.

 

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb