İki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama - RƏSMİ
Seyid Əli Musəvi: "Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil"
İranın Azərbaycandakı səfirliyi iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama yayıb.
Versus.az xəbər verir ki, bu barədə İranın Azərbaycanda səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi məlumat verib.
Seyid Əli Musəvinin sözlərinə görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb:
“Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməyəsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir. Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir”.
Seyid Əli Musəvi bildirib ki, bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar. Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar.
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi onu da əlavə edib ki, ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil:
“Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir”.
Ağanisə Sultan
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"