Analiz dəstlərinin kliniki sınaqları aparılıb

17:56 07-03-2020 | icon 390 | Dünya
Analiz dəstlərinin kliniki sınaqları aparılıb

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası yeni tip koronavirusu (COVID-19) 29 dəqiqəyə müəyyən edən analiz dəstini təsdiqləyib.

Versus.Az xəbər verir ki, Siamen Universitetinin tədqiqat qrupunun hazırladığı analiz dəsti xəstəxanalarda koronavirusa yoluxma şübhəsi olan şəxslərin kliniki müayinəsi zamanı istifadə olunacaq. Koronavirusun episentri olan Uxan şəhərindəki xəstəxanalarda analiz dəstlərinin kliniki sınaqları aparılıb.

Qeyd edək ki, Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 814, bu virus səbəbindən ölənlər isə 3 min 73 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, indiyədək 55 min 481 nəfər sağalaraq xəstəxananı tərk edib. Hazırda Çin üzrə 5 min 489 xəstənin vəziyyəti kritikdir.

Çindən başqa, 90-dan çox ölkədə 20 minə yaxın yoluxma, 360-dan yuxarı ölüm faktı qeydə alınıb.

 
 
 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin