Etimad İsmayılovun ölüm işi araşdırılır

18:38 07-03-2020 | icon 567 | Hadisə
Etimad İsmayılovun ölüm işi araşdırılır

İstanbulun Bakırköyü 22-ci Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı iş adamı, keçmiş baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətli işi üzrə növbəti məhkəmə dinləmələri keçirilib.

Versus.az  Virtualaz.org-a istinadən xəbər verir ki, E.İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirov bir daha bu qətli "əvvəlcədən planlaşdırmadığını" bildirib.

Məhkəmədə İlyas İsmayılov və tərəflərin vəkilləri, o cümlədən Gözəl Dəmirovun sürücüsü Barış Aslan da iştirak edib.

Şahid qismində Etimad İsmayllovun ofisində işləyən Karina Süleymanova dindirilib. O, bildirib ki, həmin gün axşam ofisdən çıxıb evə getməyə hazırlaşırdı. Bu vaxt otaqdan atəş səsləri eşidib. "3 dəfə atəş açıldığını eşitdim. Şübhəli Gözəli qapıdan çıxan gördüm. Etimad İsmayılovla bu hadisədən 2 il əvvəl tanış olmuşdum, bundan bir ay sonra isə Gözəli onun vasitəsilə tanımışam. Onların arasında iş məsələsi ilə bağlı ortaqlıq vardı. Aralarında əvvəllər mübahisə etdiklərinin şahidi olmamışam",-şahid bildirib.

 

Gözəl Dəmirov isə bir daha bildirib ki, ofisə E.İsmayılovu öldürmək üçün getməmişdi. "Polis rəisi olmuşam, daxili işlər orqanlarında xüsusi idarəyə rəhbərlik etmişəm. Mən istəsəm onu başqa vaxt. başqa adamlar tərəfindən öldürtdürə bilərdim. Onu öldürmək niyyətim yox idi",-Dəmirov məhkəmədə deyib.

Bu qətl hadisəsi ötən il baş verib. G.Dəmirovla E.İsmayılov arasında biznes ortaqlığı və pul üstündə münaqişə yaranıb. Nəticədə Dəmirov silahını götürərək İsmayılovun ofisinə gedib və orada baş verən mübahisə zamanı ortağına atəş açıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı