"Neftçi"nin qapıçısı hospitala aparılıb

14:36 08-03-2020 | icon 455 | İdman
"Neftçi"nin qapıçısı hospitala aparılıb

"Səhhətimlə bağlı hər şey qaydasındadır. Artıq özümü yaxşı hiss edirəm".

 

Versus.Az xəbər verir ki, bunu apasport.az saytına "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"la keçirilən oyunun ikinci hissəsində halı pisləşən qolkiper xərəkdə meydanı tərk etmişdi. Məmmədov klubun həkimlərinin ilkin müdaxiləsindən sonra xəstəxanaya aparıldığını bildirib:

"Oyun zamanı birdən ürəyim həddən artıq tez döyünməyə başladı. Nəfəs ala bilmirdim. Əvvəlcə paltardəyişmə otağında klubun həkimləri müalicə etdilər. Daha sonra isə Mərkəzi Gömrük Hospitalına aparıldım. Artıq hər şey yoluna düşüb, ciddi bir problem yoxdur. Şükür Allaha, özümü yaxşı hiss edirəm. 1-2 günlük istirahətdən sonra məşqləri bərpa edəcəyəm".

 

Qeyd edək ki, "Neftçi" - "Sabah" oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI