Feminizm adı altında...

23:04 08-03-2020 | icon 1141 | Kürsü
Feminizm adı altında...

Xarici qüvvələr və onların kirli məqsədləri

 

ELMAN BABAYEV

 

Bu gün küçəyə çıxan bir qrup gənc qızın əlindəki şüarlara baxanda açıq-aydın görünən odur ki, müəyyən Qərb institutları Azərbaycanda oturuşmuş ailə institunu aşındırmağı, millətin var olmasını saxlayan toxunulmaz dəyərləri sıradan çıxarmağı hədəfləyib və bunun üçün fəal işə başlayıb. Feminizm hərəkatı adı altında millətimizə yad olan məsələlərin təbliğatına başqa ad tapmaq mümkün deyil. Feminizmin tarixinə nəzər salsaq bu hərəkatın əsasən qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat kimi meydana çıxdığını görərik. Bu baxımdan Azərbaycanda feminizmin inkişafı üçün real baza mövcud deyil. Ölkəmizdə qadınların hüquqları bütün müstəvilərdə qorunur. Azərbaycan dünyada qadınlara seçki hüququnu tanıyan ilk ölkələrdən biri kimi tarixdə yer alıb.


Azərbaycan o ölkələrdəndir ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Xalqımız hər zaman ailə dəyərlərini hər şeydən yüksək tutub. Ölkəmizdə mövcud olan ailə institutu ən qiymətli sərvətimizdir- desək yanılmarıq və bu sərvət illərdir yad təsirlərdən qorunub saxlanılıb. Milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasında, cəmiyyətin saflığının və əxlaqi dəyərlərinin qorunmasında ailənin rolu olduqca böyükdür.
Bu gün Azərbaycan dövləti ailə institutunun yad təsirlərdən qorunması, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək onun zənginləşdirilməsi, gənc nəslin sağlam ruhda tərbiyə olunması üçün bütün tədbirləri həyata keçirir. Ölkəmizin qanunvericiliyində ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr öz əksini tapıb. Gender bərabərliyinin təmini, məişət zorakılığının aradan qaldırılması istiqamətində müvafiq qanunlar qəbul edilib və onların icrası üçün davamlı addımlar atılmaqdadır. Bir sözlə, bu gün Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir və ailə dəyərləri mühüm yer tutur.
Azərbaycanda qadınların cəmiyyətdəki yerinə nəzər saldıqda hansısa ölkədən geri olmadığımız aydın görünür.

 

Hazırda

- ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir;

- ötən il doğulmuş 141,2 min körpədən 46,8 faizi qız uşaqlarının payına düşüb;

- ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur;

- qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi təqribən 48,2 faiz təşkil edir;

- ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi qadınlardır;

- həkimlərin 66,0 faizini qadınlar təşkil edir;

- ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır;

- elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb;

- Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır;

- dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir;

- bədən tərbiyəsi və idmanla məşğul olanların 42,6 faizi qadınlardır.

 

Faktlar Azərbaycan qadınlarının ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirakını danılmaz edir. Azərbaycanda qadınların hansısa məhrumiyyətlərə məruz qalmasını iddia etmək mümkün deyil. Feminizm adı altında millətə yad olan məsələləri gündəmə gətirməyin arxasında müəyyən xarici qüvvələr və onların kirli məqsədləri dayanır. Niyyət vurğuladığımız kimi milləti var edən başlıca dəyərləri zədələmək, bu hərəkatı genişləndirmək, siyasi alətə çevirməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı