Kişilərin qadınlardan az yaşamağının səbəbi məlum oldu

01:01 09-03-2020 | icon 367 | Maraqlı
Kişilərin qadınlardan az yaşamağının səbəbi məlum oldu

Kişilər XY cinsi xromosomların dəstinə görə qadınlardan daha az yaşayırlar. Bu qənaətə Avstraliyanın Yeni Cənubi Uels Universitetinin tədqiqatçıları gəliblər.

 

Araşdırmanın nəticələri “Biology Letters” jurnalında yerləşdirilib.

 

Elmi qrup Y xromosomların orqanizmi X xromosomlarda gedən zərərli mutasiyalardan qoruya bilməməsi ilə bağlı fərziyyəni yoxlamaq istəyib. 

 

Alimlər 229 heyvan növünün erkək və dişilərində xromosomların toplusunu həyat müddəti ilə müqayisə ediblər.

 

Məlum olub ki, eyni cüt xromosomlu fərdlər orta hesabla 17,6% daha uzun yaşayırlar. Eyni zamanda, heyvanın növündən asılı olaraq, bu cür homogen xromosom dəsti həm erkək, həm də dişi fərdlərdə ola bilər.

 

Belə ki, quşlar, kəpənəklər və pərvanələrin məhz erkək fərdlərini ZZ xromosomları müəyyən edir, dişilər isə ZW xromosomlara malikdirlər. Belə halda həyat müddəti kişi fərdlərdə daha uzundur.

 

Alimlər bildirirlər ki, insanlarda isə məhz qadınlar XX xromosomunun daşıyıcılarıdır və buna görə də onlar daha uzun yaşayırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı