Moskva görüşü nə vəd edir?

18:05 18-05-2023 | icon 1079 | Siyasət
Moskva görüşü nə vəd edir?

Ramil Hüseynov: “Danışıqlar qarşı tərəfin niyyətindən asılı olmayaraq Azərbaycan diplomatiyasının üstünlüyü ilə nəticələnəcək”

 

“Regionda marağı olan bir çox Qərb, Avropa ölkələri öz istəklərinə uyğun olaraq müəyyən səylər göstərir. Eləcə də anlayırlar ki, Azərbaycan öz ərazilərinin sərhəd bütövlüyü, suverenliyi ilə bağlı  mövqeyində, tələblərində haqlıdır və onun sülh danışıqlarına təqdim etdiyi təkliflər beynəlxalq huququn prinsiplərinə tam uyğundur. Eləcə də, Ermənistanın danışıqlarda sərgilədiyi kaprizlərə, ziddiyyətli yanaşmalara qarşı bu günə qədər nə ABŞ, nə Brüssel, nə Rusiya tərəfindən sərt, qəti tələb və təpkinin sərgilənmədiyi, ikili standartlı yanaşmalar  sülh danışıqları məkanında bir birinə “pas” verməklə prosesin uzadılması və bundan istifadə edərək regiona sızmaları üçün onlara müəyyən fürsətlər verə bilər. Ona görə də, vasitəçilər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi “topunu” bir-birinə ötürməkdə davam edirlər”.

 

Bunu Versus.az-a Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov 14 may Brüssel görüşündən sonra, mayın 19-da Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gözlənilən görüşü, Brüssel və ondan öncəki Vaşinqton prosesinin davamı olaraq necə dəyərləndirilməsi və Rusiyadan gözləntilərlə bağlı şərhində bildirib. 

 

R.Hüseynov qeyd edib ki, Azərbaycan beynəlxlaq güclərin  regionla bağlı hansı mövqedə olduğunu yaxşı bilir və 30 il müddətində həmin dövlətlərin fəaliyyəti barədə dəfələrlə bəyanlar verib:

 

“Ona görə də Azərbaycan bütün vasitələrdən yararlanaraq münasibətlərin sivil yolla tənzimlənməsində maraqlı olduğunu nümayiş etdirməklə yanaşı, özünün qətiyyətini, iradəsini də ortaya qoymaqdadır. Təbii ki, əsas məsələ regionun aparıcı dövləti olan Azərbaycanın öz maraqlarını qoruması, təmin etməsi və reallaşdırmasıdır ki, müşahidə olunan geosiyasi gərginliklər fonunda bu o qədər də sadə görünmür. Azərbaycan öz maraq və suveren huquqlarını qoruyan tərəf olaraq qətiyyət və prinsipiallığından geri çəkilmək niyyətində deyil. Bu, bizim üçün çox önəmli məsələdir”.

 

R.Hüseynov hesab edir ki, bu gün Ermənistan hər danışıqlar öncəsi təxribatlar törədərək vəziyyəti nə qədər gərginləşddirməyə çalışsa da, sülh müqaviləsinin bağlanmasını özünün ziddiyyətli mövqeyi ilə gecikdirməyə cəhdlər etsə də, digər tərəfdən münasibətlərin tənzimlənməsi istiqamətində aparılan danışıqlarda daha fərqli vasitəçiləri cəlb etməyə niyyətli olsa da, nəhayət sonda danışıqlar bizim maraqların təmin olunması və növbəti siyasi qələbəmizlə bitəcək:

 

“Qarşı tərəf bunu dərk etməlidir. Ermənistan tərəfi anlamalıdır ki, bu müqavilə nə qədər tez bağlanarsa, bu, regionda dayanaqlı sülhün və sabitliyin bərpası və inkşaf etməsinə gətirib çıxartmaqla yanaşı, regionumuzda yeni situatsiyaların, yeni nəfəsliyin iqtisadi siyasi baxımdan tam fərqli mərhələyə keçid etməsinə gətirə bilər. Bu sabitlik regiaonda sərbəst qərar verə bilən, xarici təsirlərdən aslı olmayan dövlətlərin marağında olmalıdır. Dunya bu günə qədər Ermənistanın işğal siyasəti ilə bağlı Azərbaycanın haqq işinə ikili standartlarla yanaşsa da, Ermənistanın hər bir səhvi onun məsuliyyətini daha da artırır, Azərbaycanın getdikcə bütün ərazilərinə nəzarəti gücləndirir. Ona görə də hesab edirəm ki, Moskvada aparılan danışıqlar qarşı tərəflərin niyyətindən asılı olmayaraq Azərbaycan diplomatiyasının tam ustunluyunə gətirib çıxardacaq”. 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür