Qubalılar Quba qaz limitinə yenidən baxılmasını istəyir

13:34 09-03-2020 | icon 1489 | Sosial
Qubalılar Quba qaz limitinə yenidən baxılmasını istəyir

Əlabbas Məhərrəmov: "Deputat aidiyyatı qurumlara müvafiq sorğular göndərməli, konkret təkliflərlə çıxış etməlidir"

 

"Azərbaycan parlamentində təmsil olunan deputat ilk növbədə təmsil etdiyi dairədə seçiciləri ən çox narahat edən məsələləri Milli Məclisdə qaldirmalıdır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Əlabbas Məhərrəmov bildirib.

 

Politoloq qeyd edib ki, deputat aidiyyatı qurumlara müvafiq sorğular göndərməli, konkret təkliflərlə çıxış etməlidir:

 

"Hesab edirəm ki, Quba seçicilərini ən cox narahat edən məsələ təbii qaz üçün tətbiq olunan limit məsələsidir. Quba daglıq rayondur, qışı çox sərt keçir və xeyli davam edir. Ona görə də Tarif Şurası bu məsələyə mütləq yenidən baxmalıdır. Çünki vətəndaş bu durumda həm maddi planda əziyyət çəkir, həm də sərt hava şəraitində qazsız qalır".

 

Əlabbas Məhərrəmov vurğulayıb ki, istər dağ kəndlərində, istərsə də rayon mərkəzində vətəndaşın əsas tələbi qaz limitinə yenidən baxılmasıdır. Onun sözlərinə görə, dairəsi ilə işləyən deputatın qaldıracağı bundan vacib məsələ olmamalıdır.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”