Qızın yumurtalığından çənə sümüyü, dil və saç çıxdı – VİDEO

10:31 10-03-2020 | icon 820 | Sağlamlıq
Qızın yumurtalığından çənə sümüyü, dil və saç çıxdı – VİDEO

Bakıda ginekoloji əməliyyat zamanı hər kəsi heyrətləndirəcək hadisə baş verib.

 
 
19 yaşlı qız yumurtalıqların dermoid kisti səbəbindən laporoskopik əməliyyata alınıb. Kistin içindən çıxanlar isə Azərbaycanda nadir görülən tibbi klinik fakt kimi dəyərləndirilə bilər.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, Baku Medikal Plaza-da uzman cərrah mama ginekoloq Xəyalə Muradova tərəfindən icra olunan əməliyyatda kist çıxaran zaman kistin içindən böyük insana məxsus, üzərində dişlər olan üst çənə sümüyü, dil və saçlar aşkar olunub. Çənə sümüyü sanki protezə bənzəyir.
 
 
Təbii ki, qızın kiminsə çənə sümüyünü və ya prorezini bütov uda bilməsi ehtimalından söhbət gedə bilməz, bu halda belə səbəb tibdə istisna olunur. Bəs diş, çənə, dil yumurtalığa necə düşüb?
 
 
Uzman ginekoloq kliniki hala aydınlıq gətirdi. Məlum oldu ki, hər şey pasiyent hələ ana bətnində olarkən başlayıb.
 
 
“Pasiyent yeni ailə qurmuş xanımdır. Sol qalça çuxurunda ağrılar, dözülməz ağrılı menstruasiya şikayətləri ilə gəlmişdi. USM müayinəsində yumurtalıqda 15 sm-lik dermoid kist içərisində sümük toxumasına bənzər toxuma, yağ, saç kütləsi görüldü. Laporoskopik əməliyyat zamanı kütlənin içini açarkən içərisində saç, piy kütləsi ilə yanaşı, böyük insanın üst çənə sümüyü, kiçik rudimentar dil toxuması aşkarladıq.
 
 
Dermoid kist pasiyent hələ ana bətnində embrional dönəmdə olarkən germ hüceyrələrin differensasiya etməsi zamanı yumurtalıq toxumasına köç etmiş saç, diş, sümük, dırnaq, sinir, yağ və digər hüceyrələrdən əmələ gəlir.
 
 
Həyatımızın müəyyən dönəmində, daha gənc yaşlarda bu hüceyrələrdən kistlər əmələ gəlir. 3% hallarda xərçəngə çevrilmə ehtimalı olduğu üçün kistlər xaric edilməlidir.
 
 
Bu pasiyentdə hüceyrələr alt çənə kimi inkişaf edərək böyümüş, hətta dişlər də əmələ gəlmişdir. Sanki yumurtalıq saçlı, dişli, damaqlı, dilli yeni bir orqanizm yaratmağa çalışıb, amma proses yarımçıq qalıb. Belə deyək, bu çənənin yaşı pasiyentin yaşı qədərdir. Görülən bu anomal halın tibbi izahı budur”.
 
 
Həmin əməliyyatda çıxarılan kistin videosunu təqdim edirik.
 
" target="_blank">
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu