Koronavirus "Barselona"ya 6 milyon avro ziyan vuracaq

07:31 11-03-2020 | icon 344 | İdman
Koronavirus "Barselona"ya 6 milyon avro ziyan vuracaq

Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli" ilə oyunun azarkeşsiz keçirilməsi "Barselona"ya baha başa gələcək.

 

Versus.Az xəbər verir ki, boş tribunalar önündə oynamaq Kataloniya klubuna 6 milyon avro ziyan vuracaq.

 

Bunu İspaniya çempionunun prezidenti Xosep Bartomeu deyib. O bildirib ki, buna baxmayaraq, koronavirus epidemiyası ilə bağlı UEFA-nın matçı bağlı qapılar arxasında keçirmək qərarını dəstəkləyirlər:

"Oyunu azarkeşsiz keçirmək bizə 6 milyon avro ziyan vuracaq. Təəssüf ki, bu hal bütün dünya futboluna, azarkeş marağına mənfi təsir göstərəcək. Ancaq sağlamlıq baxımından düzgün qərardır. Biz bu virusun həlli üçün birgə məsuliyyət daşımalıyıq".

 

Qeyd edək ki, "Barselona" - "Napoli" oyunu martın 18-də keçiriləcək. Bu komandalar arasında İtaliyada baş tutan ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi