Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

11:07 14-05-2018 | icon 552 | Gündəm
Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

Son zamanlar aparılan müşahidələr, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb.

 

Versus.Az xəbər verir ki, belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.

 

Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılıb, habelə Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülüb.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol