“Mərkəzi və Cənubi Xəzərdə dənizin təkinin bölünməsi məsələsi hələlik həllini tapmayıb”

15:28 11-03-2020 | icon 109 | Geopolitika
“Mərkəzi və Cənubi Xəzərdə dənizin təkinin bölünməsi məsələsi hələlik həllini tapmayıb”

“Xəzər dənizinin təkinin bölünməsi ilə bağlı Azərbaycan-Türkmənistan, Azərbaycan-İran arasında danışıqlar prosesi mövcuddur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

X. Xələfov Türkmənistan və İran arasında da Xəzərin təkinin bölünməsi ilə bağlı danışıqlar prosesinin mövcud olduğuna ümid etdiyini bildirib:

“Bu, aktual məsələdir. Xəzərin şimal hissəsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin təkinin bölünməsi ilə bağlı razılaşmalar var, müvafiq sazişlər imzalanıb. Mərkəzi və Cənubi Xəzərdə isə dənizin təkinin bölünməsi məsələsi hələ həllini tapmayıb. Ona görə də biz ümid edirik ki, bu istiqamətdə Azərbaycan-Türkmənistan, Azərbaycan-İran danışıqları davam edəcək və biz bu məsələnin yaxın gələcəkdə həllinə nail olacağıq. Çünki həm Azərbaycan və Türkmənistanın münasibətlərindəki potensial, həm də Azərbaycan-İran münasibətləri imkan verir ki, biz tezliklə bu məsələlərin danışıqlar yolu ilə həllinə nail ola bilək. Xüsusilə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul olunması, artıq dörd ölkə tərəfindən ratifikasiya edilməsi, eyni zamanda İran tərəfindən ratifikasiya prosesinin aparılması, yaxın gələcəkdə bu Konvensiyanın qüvvəyə minməsi də bu məsələlərin irəliyə aparılmasına əlverişli zəmin yarada bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

#EvdəQal

“Fövqəladə vəziyyət haqqında” Fərmanda dəyişiklik edildi

"Sizə Azərbaycanın istiqlaliyyəti yerinə məzarlıq bəxş edəcəyəm"

Yoluxduğunuzdan şübhələnirsinizsə, həkimi evə çağırın

#Evdeqal prinsipi ilə...

Sədr köməkçisi vəzifəsindən azad edilib

Bunların koronavirus qorxusu yoxdur: QADAĞALAR GÖZARDINA ALINIR - VİDEO

Hakerlər insanları ianə adı ilə aldatmağa çalışır - FOTO

“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək..."

Mayası haqdan yoğrulmuş hikmət şairi

İntensiv yağış yağacaq

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Koronavirus analizi belə götürülür