Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb

15:35 11-03-2020 | icon 350 | Sağlamlıq
Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb.

 

Versus.Az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Qurumun məlumatına görə, ölüm hadisələri martın 10-da baş verib.

 

Ölən şəxslərdən biri 1986-cı il təvəllüdlü qadındır. "O, xəstəxanaya 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olub və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib, müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. İki tərəfli pnevmoniya, ağır gedişli”dir". 

 

İkinci xəstə isə 1999-cu il təvəllüdlü qadındır:

"Xəstə 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”dır". 

 

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol