Siyasi partiyalara yönəlik siyasətin yeni mərhələsində

12:12 12-03-2020 | icon 390 | Cəmiyyət
Siyasi partiyalara yönəlik siyasətin yeni mərhələsində

Nüşabə Məmmədova: “Prezident İlham Əliyev parlamentin ilk iclasında çox mühüm əhəmiyyətli məqamlara toxunub”

 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatların mühüm cəhətlərindən biri də 2018-ci ildən başlayaraq bütün səviyyələrdə-prezident, parlament, bələdiyyələrə keçirilən seçkilərin beynəlxalq standartlar çərçivəsində həyata keçirilməsininin təmin edilməsidir”.

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bildirib.

 

Onun sözlərinə görə, siyasi sahədə həyata keçirilən islahatların nəticəsi olaraq, diqqəti çəkən əsas məqamlardan biri də ilk dəfə Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrin qanunvericilik hakimiyyətinin rəhbər heyətində təmsil olunmasıdır:

 

“Prezident İlham Əliyevin parlamentin ilk iclasında çıxışında qeyd etdiyi kimi, Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etməsi iqtidarın partiyanın diqqətində olan məsələlərdən biridir. Möhtərəm Prezidentimizin bu mövqeyi demokratik cəmiyyətin inkişafı istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsini əks etdirməsi ilə yanaşı, milli maraqlarımızın qorunmasında, milli məsələlərin həllində bütün siyasi təşkilatların vahid siyasi qüvvə olaraq çıxış etməsinə yaradılan ən yüksək münbit şəraitdir. Bu, eyni zamanda iqtidar tərəfindən siyasi partiyalara yönəlik siyasətin yeni mərhələsini əsk etdirən mühüm faktlardan biridir”.

 

Nüşabə Məmmədova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Ölkədə dinamik kadr islahatları aparılır:

 

“Son müddət ərzində Azərbaycan Respublikası Prezident Administrasiyasının demək olar ki, yenidən təşkili, cənab Prezidentin qeyd etdiyi kimi, xüsusi şöbənin Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin yaradılması köklü siyasi və kadr islahatlarının məntiqi davamıdır. Parlamentə seçki ərəfəsində qısa müddətdə şöbənin 45-dən artıq siyasi təşkilat rəhbərliyi ilə görüşünün keçirilməsi, partiyalararası dialoqlarun yaradılması istiqamətində fəaliyyəti milli məclisin çoxpartiyalı sistem olaraq formalaşmasının meyarıdır”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...