“Hakimiyyət Qarabağla bağlı mitinqə icazə verməlidir”

11:42 14-05-2018 | icon 568 | Siyasət
“Hakimiyyət Qarabağla bağlı mitinqə icazə verməlidir”

 

Akif Nağı: "istənilən nəticəyə nail olmaq üçün icazəli aksiyalara ehtiyac var"

 

“Biz Qarabağ Azadlıq Təşkilatı (QAT) olaraq indiki məqamda icazəsiz aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmədik”.

 

Bunu Versus.Az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı may ayının 12-nə təyin olunan mitinqin təxirəsalınma səbəblərindən danışarkən bildirib.

 

A.Nağının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) müraciətə rəsmi cavab verilməyib. Şifahi olaraq elə sözlər deyilib ki, bu daha çox imtinaya bənzəyib. QAT və mitinqin digər təşkilatçıları belə qərara gəliblər ki, icazəsiz mitinqə getməyə ehtiyac yoxdur.

A.Nağı mitinqin təxirə salınmasının bugünkü durumla bağlı olaraq adekvat reaksiyalar doğurmasını da təbii sayıb:

 

“Belə fikirlər səsləndi ki, Qarabağla bağlı mitinqin keçirilməsi üçün icazəyə ehtiyac yoxdur. Vətəndaşlar işğal altında qalan torpaqlarının azad olunması naminə öz sözlərini deməlidir. Amma öz torpağında məcburi köçkün olan insanların iradəsinin ortaya qoyulması və istənilən nəticəyə nail olmaq üçün icazəli aksiyalara ehtiyac var. Əgər mitinq icazəsiz olduğuna görə polis tərəfindən dağıdılsa, bu, məqsədimizə nail olmamaqla yanaşı  insanların gözünü bir az da qırmış olardı. Ona görə də hesab edirik ki, hakimiyyət Qarabağ mitinqinə icazə verməlidir”.

 

QAT sədri xalqın Qarabağla bağlı öz iradəsini ortaya qoymaq istəyini nəzərə alaraq, kütləvi tədbirlə bağlı BŞİH yenidən müraciət edəcəklərini deyib.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”