İtaliyanın “İnter” klubu fəaliyyətini müvəqqəti dayandırıb
“Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkar edilməsi İtaliyanın digər klublarını təşvişə salıb.
Versus.Az xəbər verir ki, artıq “İnter” bununla bağlı rəsmi bəyanat yayıb.
Milan təmsilçisi idman fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb:
“Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirus testinin müsbət nəticələnməsindən sonra “İnter” bütün idman fəaliyyətlərini dayandırdı. Klub hazırda bütün lazımi prosedurları həyata keçirmək üçün addımlar atır”.
Qeyd edək ki, martın 8-də A seriyasının XXVI turu çərçivəsində “Yuventus”la “İnter” üz-üzə gəlib, Turin təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Ruqani həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Xəbər lenti
Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
Ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır