Millimizin Malta toplanışı və yoxlama oyunları ləğv olunub

12:31 12-03-2020 | icon 529 | İdman
Millimizin Malta toplanışı və yoxlama oyunları ləğv olunub

Azərbaycan millisinin Malta toplanışı və yoxlama oyunları ləğv edilib.

 

Versus.Az xəbər verir ki, buna son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi səbəb olub.

 

Malta bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınmasını nəzərə alan AFFA bu addımı atıb.

 

Bu üzdən Azərbaycan milli komandasının martın 23-dən 31-dək Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı ləğv edilib. Hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları da keçirilməyəcək.

 

Bununla əlaqədar AFFA tərəfindən UEFA-ya, Malta və Lixtenşteyn futbol federasiyalarına müvafiq qaydada məlumat verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür