G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü virtual keçiriləcək
Yeni tip koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü virtual keçiriləcək.
Versus.Az ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu barədə Dövlət katibi Mayk Pompeo bəyanat yayıb.
“ABŞ martın 24-25-də G7 nazirlərinin Pitsburqda planlaşdırılan görüşünün əvəzinə bu iclasa telekonfrans ilə ev sahibliyi etmək barədə qərar qəbul edib. G7 nazirlərini qəbul etməyə hazır olması və builki tədbirin planlaşdırılmasında göstərdiyi dəstəyə görə Pitsburq şəhərinə təşəkkür edirik. Gələcək tədbirlərin orada keçiriləcəyinə ümid edirik”, - deyə bəyanatda bildirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"