Əvvəl qarət etmək istədi, sonra qucaqladı - VİDEO

14:53 12-03-2020 | icon 462 | Maraqlı
Əvvəl qarət etmək istədi, sonra qucaqladı - VİDEO

Bilyard klubunu qarət etmək istəyən oğru fikrindən daşınaraq, onu tanımış bufetçini qucaqlayıb. Bu görüntüləri “The Sun” yayımlayıb.

 

Bildirilir ki, narkotik asılılığı olan Lyuk Cons hadisə günü vaxtilə üzvü olduğu yerli bilyard klubunu soymaq qərarına gəlib. O, üzünü maska ilə örtərək, müəssisəyə silahlı basqın edib. Həmin vaxt bar masasının arxasında İvetta Smit təmizlik işləri aparırmış. Qadın ona silah tuşlamış gənci tanıyıb və “Lyuk, niyə belə edirsən?” deyə, ağlamağa başlayıb.

 

Bundan sonra Cons silahı kənara qoyub, maskasını çıxarıb və qıza təsəlli vermək üçün onu qucaqlayıb.

 

Polis idarəsində verdiyi ilkin ifadədə Cons zarafat etdiyini desə də, sonradan heroin üçün pul lazım olduğunu etiraf edib. Məhkəmə onun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bundan başqa, o, 15 il müddətində Smitə yaxınlaşa bilməz.

 

Məhkəmədə bildirilib ki, qadın yaxın qohumu özünü güllələyəndən sonra silahdan qorxub. Bu səbəbdən bilyard klubunda baş verənlər onun psixikasına ciddi zərər vurub və İvetta Smit hələ də özünə gələ bilməyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür