“Qadın spikerin seçilməsi gender bərabərliyinin təminində mühüm addımdır"
Mehriban Zeynalova: "İqtidar-müxalifət münasibətlərinin sivil qaydada formalaşması və üçün bu xarakterli görüşlər olduqca vacibdır"
Sahibə Qafarovanın Milli Məclisin spikeri seçilməsi Azərbaycanda gender bərabərliyinin təmini yönündə ciddi addım kimi dəyərləndirilir.
Versus.Az xəbər verir ki, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Cebhe.info-ya açıqlamaslnda bildirib ki, bu, bərabər hüquqlardan bərabər imkanlara keçiddə növbəti mərhələdir:
“Azərbaycan parlamentinə artıq ikinci dəfədir ki, qadın rəhbərlik edir. Qadınlara Şərqdə ilk dəfə seçki hüququ verən bir respublikanın varisi kimi müstəqil Azərbacanda bunu görmək olduqca xoşdur. Ümid edirəm ki, qadınlara yaradılan imkan həm də onlara göstərilən yüksək etimadın doğrulması ilə tarixdə qalacaq”.
Cebhe.info xəbər verir ki, M.Zeynalova parlamentə seçkilərdən sonra cəmiyyətdə müşahidə olunan siyasi açılıma da münasibət bildirib:
“Seçkidən sonrakı yeniliklərdən biri də mətbuatın dili ilə desək, siyasi açılımdır. Müxalif partiyaların rəhbərlərinin Prezident Aparatında müzakirələrə dəvət edilməsi, parlamentdə vitse- spikerlərin seçkisində bitərəf və azlıqda olan partiyaların təmsilçilərinin yüksək səs toplaması, komitə sədrlərinin müavinləri arasında müxalifət nümayəndələrinin olması bu siyasi açılımın təzahürüdür. Danışıqları bütün problemlərin həll yolu kimi görürəm. Ailələrin, qadınların üzləşdiyi problemlərin danışıqlar, tərəflərin bir araya gətirilərək ümumi müzakirə ilə çözüləcəyinə inanıram. Öz təcrübəmdə də bunu tətbiq edirəm. İndiki halda hakimiyyətin siyasi partiyalara müzakirə yolunu açması ölkəmizin gələcəyi üçün olduqca vacibdir. Fikrimcə, özünü Azərbaycanın siyasi həyatının bir hissəsi hesab edən bütün siyasi partiyalar, hərəkatlar yaradılan bu imkandan faydalanmalıdır. Məlumata görə, Əli Kərimli də tanışlıq xarakterli görüş üçün Prezident Administrasiyasına dəvət olunub, ancaq partiya tərəfdən müəyyən şərtlər irəli sürülüb. Tanışlıq xarakterli görüş üçün hansısa şərtin irəli sürülməsini doğru saymıram. İqtidar-müxalifət münasibətlərinin sivil qaydada formalaşması və inkişafı üçün bu xarakterli görüşlər, sonrakı müzakirələr olduqca vacibdır”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"