Sağlamlıq imkanları məhdud gənclər Türkiyədə festivalda iştirak edib

12:17 14-05-2018 | icon 122 | Cəmiyyət
Sağlamlıq imkanları məhdud gənclər Türkiyədə festivalda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzindən 6 nəfər gənc (Mərkəzin iki nəfər müəlliminin müşaiyəti ilə) “Əlilliyi olan şəxslər Həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən musiqili teatr festivalında çıxış ediblər.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, həmin gənclərin festivalda iştirakına şərait yaradılması “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”na əsasən “Xoşbəxtlik emalatxanası” (“Mutluluk atolyesi”) layihəsi çərçivəsində təmin edilib. Proqrama uyğun olaraq, onların 15 gün müddətində qardaş ölkədə sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası üzrə mərkəzlərdə olmaları, müxtəlif peşə hazırlığı kurslarında iştirakı nəzərdə tutulub.

 

Səfər zamanı musiqili teatr festivalında da iştirak edən gənclərin təqdim etdikləri musiqi və teatr səhnəcikləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərdən çox gənc peşə hazırlığı kurslarına qəbul olunub. Burada kurslarda müxtəlif peşələrə yiyələnən gənclər ayrı-ayrı incəsənət növləri üzrə dərnəklərə də cəlb edilir, müvafiq sahədə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS