Qorxunc tarix - ölüm və sürgün
Rusiya 5 milyon türkü belə yox etdi
“XIX əsrdə Balkan yarımadası, Qafqaz və Osmanlı coğrafiyasında yaşayan xalqlara qarşı etnik təmizləmə siyasəti həyata keçirən Rusiya bunu yenidən təkrarlamağa başlayıb”.
Versus.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur deyib.
TASFO rəhbərinin sözlərinə görə, rus imperiyası vaxtilə Balkan, Qafqaz və Osmanı ərazilərində yaşayan xalqlara qarşı ermənilər, yunanlar, bolqarlar və rumınlardan istifadə edərək, onları etnik təmizləmə siyasəti və məcburi köç qarşısında qoyub:
“Amerikalı tarixçi, professor Castin Makkartinin “Ölüm və sürgün” adlı kitabında bir əsr davam edən – 1821-1922-ci illəri əhatə edən məcburi köç, qətliam, aclıq, xəstəlik və digər səbəblərdən həyatını itirən beş milyona yaxın insanın türk-müsəlman olduğu faktı özünə yer tapır. 1800-cü illərin əvvəllərindən başlayan türkləri öz vətənlərindən didərgin salma siyasəti bu gün yenə də ruslar tərəfindən Suriyada təkrarlanır.
Balkan yarımadasında serbləri Bosniyanın bəlasına çevirən rus hakimiyyəti tarixi Azərbaycan şəhəri olan İrəvanı da zor gücünə türklərdən qopararaq, “Ermənistan” adlı bir dövlət qurdu. Həmin “dövləti” də Azərbaycan üçün bəlaya çevirdi. Həmin ruslar 2014-cü ildə Krımı Ukraynadan qopararaq öz ölkələrinə birləşdirdi. Eyni proses bu gün Yaxın Şərqi də əhatə edir. Əsəd rejiminə dəstək verənlər Suriyadakı türkmənlər və müsəlmanlara eyni şiddət siyasətini tətbiq edirlər. Qətliam və şiddət qarşısında qalan bu insanları Türkiyəyə köçə məcbur edirlər. Yəni dünən atalarımızın şahid olduqlarına bu gün biz şahid oluruq”.
Fatih Özonur qeyd edib ki, köç siyasətindən apardığı savaşda strateji gediş kimi istifadə edən Rusiya bu savaşın arxa fonunda terror qruplaşmaları ilə birləşərək öz gücünü artırmağa çalışır:
“Məsələn, 1915-ci il hadisələrindən əvvəl erməni, yunan və süryani dəstələri ilə işbirliyinə girdiyi kimi. Rusiya həmin dövrdə hökm sürən qarışıq situasiyadan istifadə edərək, belə qruplaşmalar vasitəsilə üsyanların partlamasına, vəziyyətin xaosa çevrilməsinə cəhdlər edirdi. Əsas məqsədi də mərkəzi hakimiyyəti laxlatmaq idi. Yəni xalqımızı öz dövlətimizlə üz-üzə qoymaq istəyirdi.
Kişilərin sayının qadınlardan az olduğu Rusiya həmişə Qafqaz və Balkan yarımadasında türkləri özünə qarşı əngəl kimi görüb. Bu həm əhalinin sayı, həm də mədəniyyət baxımından belə olub. Bu gün da federasiya əhalisinin sayı daxildəki 9 türk muxtar respublikası istisna olmaqla, digər müstəqil türk dövlətlərində yaşayan soydaşlarımızın ümumi sayından bir neçə dəfə azdır. Mütəxəssislərə görə, qarşıdakı 10 il ərzində Rusiyada əhalinin sayında azalma müşahidə olunacaq”.
Fatih Özonur bildirib ki, 1992-ci ildə Azərbaycan və Bosniyaya, 1990-cı illərin sonlarında isə Bolqarıstanda yaşayan türklərə qarşı assimilyasiya siyasəti yürüdərək insanları köçə məcbur edən Rusiya bu qəddar taktikasını Suriyada həyata keçirir:
“Suriyadakı qətliamların, köçlərin səbəbi həm oradakı 12 hərbi bazasını qorumaq, həm də Türkiyənin bu ölkə ilə olan 912 kilometrlik sərhədlərində yeganə güc olmaqdır. Unutmaq lazım deyil ki, əhalisinin yox olacağı narahatlığını yaşayan Rusiya rəhbərliyi keçmişdə olduğu kimi bu gün də ən təhlükəli və ən etibarsız düşmənimizdir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"