“Ürək nahiyəsində tez-tez baş verən tutmaşəkilli ağrılara biganə qalmaq olmaz”

23:30 12-03-2020 | icon 1114 | Sağlamlıq
“Ürək nahiyəsində tez-tez baş verən tutmaşəkilli ağrılara biganə qalmaq olmaz”

Nərminə Abbasova: “Ürək nahiyəsində yaranan narahatlıq erkən işemik prosesdən xəbər verir”

 

Ürəyin işemik xəstəliyi – ürəyin tac damarlarının birində və ya bir neçəsində ötürücülük qabiliyyətinin mütləq və ya nisbi pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir.

 

 

Ürəyin işemik xəstəliyi ilə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bildirib ki, ürəyin işemik xəstəliyi bu gün dünyada ən geniş yayılmış xəstəliklərdən biridir.

 

Həkim təəssüflə vurğulayıb ki, müasir dərman preparatların köməyi ilə bu xəstəliyi tam olaraq müalicə etmək mümkün deyil. Çünki dərmanlar damarlarda mövcud aterosklerotik düyünləri (piy yığımı-red.) əritmək gücündə deyil.

 

Həkim-terapevtin sözlərinə görə, damardaxili piy qatları illər keçdikcə böyüməyə başlayır və ürəyi oksigen və qida maddələri ilə təchiz edən damarların ötürücülük imkanını azaldır. Nəticədə ürək infarktı təhlükəsi artır. Belə olan halda koronar aortasının şuntlaması – ağır cərrahi əməliyyata ehtiyac yaranır:

 

“Bütün bunlara baxmayaraq ruhdan düşmək lazım deyil. Müasir dövrün kifayət qədər alternativ müalicə metodları var. Ona görə də ürək nahiyəsində tez-tez baş verən tutmaşəkilli ağrılara biganə qalmaq olmaz. Yaxşı olar ki, Kardioloqa müraciət edəsiniz. Həkim məsləhət görürsə kardiocərrah həkimə müraciət etməlisiniz. O, faktiki vəziyyətinizi dəyərləndirəcək, sizi bir sıra vacib müayinələrdən keçirdəcək”.

 

Ürəyin işemik xəstəliyinin yaranma səbəblərindən danışan həkim deyir ki, yaş keçdikcə tac arteriyanın daxili divarında müxtəlif səbəblərdən zədə ocaqları əmələ gəlir və həmin ocaqlarda piy toxumaları çöküntüyə uğrayır:

 

“Bu piy yığımı aterosklerotik düyün adlanır. Zaman keçdikcə həmin düyünlər birləşib böyüyür, ötürücülük imkanı məhdudlaşır və ürək qida aclığına məruz qalır. Məhz bu zaman ürək nahiyəsində stenokardiya ağrıları peyda olur”.

 

Nərminə xanım bildirdi ki, ürəyin işemik xəstəliyinin əlamətlərini bilməklə müəyyən önləmələr almaq olar:

 

“İşemiya xəstəliyi zamanı ürəyin funksional işi qeyri stabil vəziyyət alır. Xəstə ürək nahiyəsində fiziki aktivliyindən asılı olaraq müxtəlif intensivlikdə ağrılar hiss edir. Dəyişiklikləri elektrokardioqramma çəkdikdə görmək olur. Ürək işemiyasına şübhə edən hər kəs vaxtı təxirə salmadan müayinədən keçməlidir. Çünki xəstəliyi onun başlanğıc mərhələsində aşkar edib müalicə etmək daha asandır. Xəstə vacib pəhrizini saxlayıb dərman qəbul etməklə xəstəliyin inkişafına mane olur. Bu da xəstəni ciddi problemlərlə üzləşmədən qoruyur və ömrünü uzatmaq imkanı yaradır”.

 

Həkim vacib əlamət kimi ürək nahiyəsində narahatlıq hisslərini qeyd etdi. Belə ki, ürək nahiyəsində yaranan narahatlıq erkən işemik prosesdən xəbər verir:

 

“Xəstə narahatlıq hisslərini ürəklə paralel bel nahiyəsində də hiss edə bilər. Diaqnostik əhəmiyyəti olan əlamət aktiv hərəkət zamanı və yaxud emosional gərginlik zamanı ağrının tapılması, həmçinin “nitroqliserin” qəbul etdikdə tez zamanda ağrının və yaxud narahat hisslərin çəkilməsidir”.

 

N.Abbasova bildirdi ki, ürəyin işemiyasına şərait yaradan bir sıra səbəblər var:

 

“Arterial təzyiq xəstəliyi, hərəkətsizlik, yəni fiziki aktivsizlik, artıq çəki probleminin olması, çox sayda siqaret çəkmək, irsi factor, şəkərli diabet, psixoemosional gərginliyin çox olması, keyfiyyətsiz qida məhsullarının qəbulu. Təbii ki, sadalanası faktorlar daha çoxdur, amma qeyd olunanlar işemiya xəstəliyinə daha çox şərait yaratmış olurlar.

Ürəyin işemiya xəstəliyinin diaqnozunu dəqiqləşdirmək üçün əsasən Rentgenkontrast müayinə, işemiya ocağını və onun xarakterini aşkarlaya bilən Koronar anqioqrafiyadan istifadə olunur. Hər kəs bilməlidir ki, bu xəstəliyin hədəfi ola bilər. Bu səbəbdən mütəmadi olaraq müayinədən keçmək lazımdır ki, patoloji faktorların olub-olmadığını aşkarlasın”.

 

Nərminə xanım qeyd etdi ki, məhz profilaktik tədbirlərin görülməsi insanı bu xəstəliyin caynağından qurtara bilər.

Həmçinin keyfiyyətli qidalanma prinsipinə əməl edib sağlamlığınızı qoruyub saxlaya biləcəksiniz.

       

 

DİQQƏT!

Əgər Ürəyin işemik xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı