SOCAR Səudiyyə Ərəbistanından neft alacaq

12:53 13-03-2020 | icon 429 | İqtisadiyyat
SOCAR Səudiyyə Ərəbistanından neft alacaq

SOCAR Türkiyədəki "Star Rafineri" neft emalı zavodu üçün Səudiyyə Ərəbistanına bu ilin aprel ayına 3 mln. barel neft sifariş verib.

 

Versus.Az xəbər verir ki, bu barədə "Reuters"ə neft bazarındakı mənbə məlumat verib.

 

Hazırda Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" Rusiyanın "Urals" markalı neftinin əsas alıcıları olan Azərbaycanın SOCAR, Finlandiyanın "Neste Oil", İsveçin "Preem", Fransanın "Total", Böyük Britaniyanın BP və İtaliyanın "Eni" şirkətləri ilə öz neftinin satışına dair danışıqlar aparır.

 

Neft şirkətlərinin "Saudi Aramco" ilə apardığı danışıqlar Səudiyyə Ərəbistanının milli neft şirkətinin təklif etdiyi aşağı qiymətlərlə izah olunur.

 

Qeyd edək ki, "Star Rafineri" əsasən "Urals" markalı neftin emalını həyata keçirir. Ümumilikdə, ötən ilin oktyabr ayında istifadəyə verilən zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi