“Təhsil kreditləri çox vacibdir” - VİDEO

14:43 13-03-2020 | icon 360 | Siyasət
“Təhsil kreditləri çox vacibdir” - VİDEO

Qənirə Paşayeva: "Müvafiq dövlət qurumu ilə müzakirələr apararaq bu layihənin gündəmə gəlməsinə çalışmalıyıq"

 

Bu gün Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva Milli Məclisin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş işlər planının müzakirəsi zamanı bir sıra vacib məsələlərə toxunub və təkliflərlə çıxış edib.

 

Versus.Az xəbər verir ki, Q.Paşayeva işğal altında olan ərazilərimizlə bağlı qanun lahiyəsinin qəbulunun vacibliyinə toxunub. Distant təhsilin genişlənməsinin vacibliyi, bu məsələnin qanunvercilikdə öz əksini geniş tapmasının önəmini vurğulayan Q.Paşayeva tələbələri və onların ailələrini maraqlandıran və narahat edən ən vacib məsələlərən biri olan təhsil kreditlərinin genişləndirilməsi məsələsinin qanunvericilikdə öz əksini tapmasının vacibliyini də vurğulayıb və bu məsələnin reallaşmasının aktuallığı ilə bağlı fikirlərini bölüşüb.

 

Millət vəkili bu məsələlərlə yanaşı 2020-ci ilin yaz sessiyası dövründə autizmli uşaqlarla bağlı məsələnin də Milli Məclisin diqqətində olmasının vacibliyini vurğulayıb. Autizmli uşaların sayının getdikcə artdığını deyən Q.Paşayeva bu ailələr qanunverici orqandan dəstək gözləyir deyib.

 

Millət vəkili Q.Paşayeva həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb və həmin məsələlərlə bağlı müvafiq qurumlarla həmin qanunların və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib. Qanunla qadağan olunsa da bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir deyən Q.Paşayeva qanunda öz əksini tapan bu məsələlərin həyata keçirilməsi istiqamətində qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir deyib. Q.Paşayeva cənab Prezidentin 6-cı Çağırış Milli Məclisinin açılışındakı çıxışı, orada verilən önəmli mesajlar  hər birimiz üçün örnəkdir  deyib və çıxışında qaldırdığı məsələlərə də yaz sessiyası çərçivəsində baxılmasını təklif edib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI