Yeni sayt hazırlanır

17:47 13-03-2020 | icon 473 | KİV
Yeni sayt hazırlanır

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM ) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə yeni sayt hazırlayır.

 

İSİM-dən Versus.Az-a verilən məlumata görə, gələn həftə izləyicilərin ixtiyarına veriləcək  www.koronavirus.az  veb saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alacaq.

 

Məlum olduğu kimi, hazırda xəbər saytları və sosial şəbəkələrdə hər gün bu xəstəliklə bağlı əsası olmayan müxtəlif  materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir.

 

Yeni saytın yaradılmasında əsas məqsəd – koronavirus (COVID-19) xəstəliyi barədə ictimaiyyətə təsdiqlənmiş doğru məlumatları, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər və profilaktik tədbirlər barədə operativ xəbərləri çatdırmaqdır. 

 

Ümumdünya Səhiyyə Təşkilatı, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC), BMT-nin Uşaq Fondu (UNICEF) və digər beynəlxalq təşkilatların   təlimat və tövsiyələri, materialları saytda geniş oxucu auditoriyasına təqdim ediləcək. Saytın materialları həmçinin izləyicilərə İSİM-in rəsmi saytında yaradılan Koronavirus haqqında məlumat bölməsində (https://www.isim.az/az//pages/55-Koronavirus) təqdim olunacaq. 

 

İSİM xəstəliklə mübarizə və profilaktika tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə bütün müəssisə və təşkilatları əməkdaşlığa dəvət edərək, bir daha əhalini təsdiqlənmiş, əsaslı məlumatlara inanmağa çağırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI