Məcburi köçkün ailələri üçün

11:22 14-03-2020 | icon 554 | İqtisadiyyat
Məcburi köçkün ailələri üçün

Abşeron rayonunda yeni binalar və uşaq bağçası tikiləcək

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.

 

Versus.Az "Elektron satınalma" portalına istinadən xəbər verir ki, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderlərin qalibləri “Proqress” sənaye-istehsalat şirkəti və “Bakinşaat Group” MMC seçilib. Martın 13-də bu şirkətlərlə ümumi dəyəri 10 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

 

Müqavilələrə əsasən “Proqress” şirkəti tərəfindən Abşeron rayonu ərazisində 3780 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 54 mənzildən ibarət iki 9 mərtəbəli yaşayış binaları inşa ediləcək.

 

“Bakinşaat Group” tərəfindən isə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçası inşa olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...