Ən çox innovativ şirkətləri olan ölkələrin TOP 10-luğu

12:10 14-03-2020 | icon 500 | Maraqlı
Ən çox innovativ şirkətləri olan ölkələrin TOP 10-luğu

“Derwent” agentliyinin  ekspertləri bütün dünya üzrə 14 min şirkətin təhlili əsasında 100 ən innovativ şirkətin siyahısını hazırlayıblar.

 

“Top 100 Global Innovators 2020” reytinqini hazırlayarkən mütəxəssislər korporasiyaların həcmi, təsir gücü, uğuru və qloballığı kimi göstəricilərə əsaslanıblar.

 

Top 100-lüyə daxil olan innovativ şirkətlərin ən çox yerləşdiyi 10 ölkəni təqdim edirik:

 

10. İrlandiya

İrlandiya son illər dünyanın innovasiya liderlərindən biri rolunu oynayır. Ölkədə xeyli sayda innovativ şirkətin olmasına baxmayaraq, onlardan yalnız biri Top-100-lüyə düşüb. Ölkədə əczaçılıq, informasiya texnologiyaları, tibbi avadanlığın istehsalı kimi sahələr inkişaf edib.

 

9. Finlandiya

Finlandiyada da çoxlu sayda innovativ şirkət yerləşir. Lakin Top-100-lüyə yalnız biri düşüb.

 

8. Niderland

Niderland iqtisadiyyatının əsasını sənaye və xidmət sahəsi təşkil edir. Lakin elmi tədqiqatlar da ölkə iqtisadiyyatının mühüm bir hissəsini tutur. Top-100-lükdə iki Niderland şirkəti var.

 

7. İsveçrə

Ölkənin iqtisadiyyatının mühüm sahələri arasında əczaçılıq, kimya sənayesi, farmakologiya var. İsveçrə şirkətləri xarici sərmayələri cəlb edir. Top-100-lüyə üç İsveçrə şirkəti daxil edilib.

 

6. Çin

Çin dünyanın iki ən böyük iqtisadiyyatından biridir. Son 10 il ərzində iqtisadi artım templəri yüksək göstəricilərə çatıb. Sənaye sektorunun, demək olar, bütün sahələri inkişaf edir. Top-100-lükdə Çinin 3 şirkəti var.

 

5. Cənubi Koreya

Böyük korporasiyalar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıblar. Top-100-lüyə Cənubi Koreyadan üç şirkət daxil olub.

 

4. Almaniya

Almaniya böyük potensiallı və innovasiya sahəsində yüksək nailiyyətlər əldə etmiş ölkədir. Top 100-lüyə Almaniyadan cəmi dörd şirkətin salınmağına baxmayaraq, ölkədə innovativ şirkətlərin sayı çoxdur.

 

3. Fransa

Fransa Almaniya ilə yanaşı, Avropa İttifaqının iqtisadi liderlərindən biridir. Ölkə texnologiya və innovasiyaların inkişafına xeyli vəsait qoyur. Top 100-lüyə ölkənin beş şirkəti daxil edilib.

 

2. Yaponiya

Yaponiya innovasiya sahəsində dünya lideridir. Ölkədə robot texnikası, informasiya texnologiyaları və digər sahələr üzrə inkişaf gedir. Top 100-lüyə 32 yapon şirkəti salınıb.

 

1. ABŞ

Ümumilikdə 39 ABŞ şirkəti Top 100-lükdə yer alıb. Ölkə innovasiya işləmələrinə görə dünya lideridir.  Məşhur Silikon Vadisi innovasiyaların mənbəyidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI