Milli Məclis haqqında təəssüratlarım

14:07 14-03-2020 | icon 1145 | Kürsü
Milli Məclis haqqında təəssüratlarım

Koronavirusla bağlı görülən tədbirlər qənaətbəxşdir

 

 RAZI NURULLAYEV
/
millət vəkili/

 

Ölkə çölündə baş verən hadisələr (dostlaşma, komandalaşma, zarafat, bəzən iradlar, bəzən özünü görməməziliyə vurma, çay süfrəsi, lifti gözləmə və s) həm də Parlament binasında cərəyan edir. Çöldə və Parlament binasında olan insanların fərqi sonuncuların mandata sahib olması və bir sıra hüquqi üstünlüklərə malik olmasıdır. Xarakter, xasiyyət və digər buna bənzər məqamlar isə dəyişmir.

 

Ən çox bəyəndiyim məqamlardan biri, Parlamentdə işləyən məmurların və işçi heyətin bacarıqlı, sürətli və mədəniyyətli olmasıdır. Həqiqətən, ciddi dövlət əxlaqına malikdirlər. Bir neçə gün müşahidələrimə uyğun ən yüksək bal verə bilərəm.

 

Parlament elə yerdir ki, gərək yaxşı öyrənib təcrübə toplayasan. Parlamentin də öz labirintləri var, gərək gözüaçıq olasan ki, həm azmayasan, həm də səni azdırmasınlar. Hər ikisi, mənim üçün ciddidir.

 

Parlamentdə bir məqamı da özüm üçün ayırd etdim və bunu misal üzərində izah edəcəm. Azərbaycan yollarında qaydalara və sürət həddinə uyğun avtomobil idarə edən sürücülərə hər kəs əl yelləyir, siqnal verir, yanından qəzəbli baxışlarla sürətlə ötüb keçir və hələ üstəlik də deyir ki, "belə də sürücü olar?".

 

Şəxsi münasibətlər ciddi rol oyanyır. Buna normal yanaşıram. Bütün dünyada bir çox məsələlər şəxsi münasibətlərə söykənib həll edilir. Hətta, prezidentlər arasında şəxsi münasibətlər yaxşı olanda ölkələrarası münasibətlərdəki gərginlik də tez aradan qalxır. Demək ki, hər kəslə normal və yaxşı münasibətlər qurmağa çalışmalısan. Bir də iclas zalında müzakirələr zamanı baş verə biləcək toqquşmalar elə orada da qalmalı və şəxsi münasibətlərə xətər gətirməməlidir.

 

Bir məqamı da deməliyəm: səsvermədə maksimum iki etiraz, maksimum 3 bitərəf, qalanları lehinə. Amma, lap çoxdan müşahidə etdiyim bir məsələni deyim. Çıxışlar edilir və müzakirə oluna məsələyə etiraz edilir. Belə görünür ki, onlarla millət vəkili qərar layihəsinə düzəliş tələb edir, yenidən təkrar Parlament Komitəsinə və ya Prezident Administrasiyasına göndərilməsini, təkrar səsverməyə çıxarılmasını istəyirlər. Məsələ səsverməyə çıxarılır və demək olar ki, əksəriyyət lehinə səs verir. Bəs onda o boyda müzakirə, etiraz nəyə lazım idi?
Bu yanaşmanı və inkişaf tempini doğru saymıram.

 

Yalnız bir məqamı doğru ola bilər, zənnimcə. O, da ictimaiyyət üçün mövqe açıqlamaq. Yəni, Namrud padşahın tonqalda yandırdığı İbrahim peyğəmbərə su daşıyan qarışqa kimi. Qarışqa mövqeyini ortaya qoymuşdu, amma tonqalı söndürə bilməzdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin