ABŞ İrana ağır zərbələr endirir

16:07 14-03-2020 | icon 418 | Dünya
ABŞ İrana ağır zərbələr endirir

İran tarixinin ən çətin dövrünü yaşayır. Ölkə əvvəlcə Qərbin sanksiyalarına görə iqtisadi çətinliklərə məruz qaldı, daha sonra isə koronavirus pandemiyası burada sürətlə yayılmağa başladı. Bu azmış kimi neftin qiymətinin düşməsi İran iqtisadiyyatını darmadağın etdi.

 

Versus.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vüqar Zifəroğlu İranın ABŞ-ın İraqdakı Taci düşərgəsini raketlə vurmasını şərh edərkən deyib. O bildirib ki, yuxarıdakı səbəblərə görə İran regionda dəstəklədiyi radikal şiə qruplaşmaları yenidən aktivləşdirib:

 

"Bunun ən bariz nümunəsi bir müddət öncə Suriya Prezidenti Bəşər Əsədin hücumlarında əsas zərbəçi qüvvənin İran tərəfindən dəstəklənən radikal qruplaşmalar olmasıdır. ABŞ-ın İraqdakı Taci düşərgəsinin raket hücumuna məruz qalması regionda gərginliyi yenidən artıracaq. Hazırda ABŞ bu hücumdan İranı məsul tutaraq, əks-zərbələr endirir. ABŞ-la paralel anti-İŞİD koalisiyası da İranın Suriyada və İraqdakı düşərgələrinə cavab zərbələri endirib. Bütün bunlar bir daha onu göstərir ki, ABŞ hələ də regionda təsirinin olduğunu göstərir. Bu məqsədlə də öz köhnə rəqibi olan İranı hədəfə alıb".

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI