II Elizabet koronavirusa görə mükafatları əlcəklə verdi

16:42 14-03-2020 | icon 441 | Maraqlı
II Elizabet koronavirusa görə mükafatları əlcəklə verdi

Böyük Britaniya Kraliçası II Elizabet ölkədə koronavirusa yoluxma sayının artması fonunda son onilliklər ərzində ilk dəfə ənənəvi mükafatları əlcəklə verib.

 

Versus.az TASS-a istinadən xəbər verir, Bukingem Sarayında təşkil edilən mərasimin fotoları “Press Association” agentliyi tərəfindən paylaşılıb.

 

Fotolardan Kraliçanın uzun ağ əlcəklərdə aktrisa Uendi Kreyqin döşünə komandor xaçı “Britaniya İmperiyası” ordeni taxdığı görünür. Kraliçanın ofisindən bu qarderob predmetinin koronavirusa yoluxmama üçün ehtiyat tədbiri kimi istifadə edilib-edilmədiyi dəqiqləşdirilməyib.

Ancaq kral ailəsinin həyatından bəhs edən jurnalın baş redaktoru Co Litl bunu kraliçanın “ağıllı ehtiyat tədbiri” kimi qələmə verib.

“Onun 94 yaşına çatmasına altı həftə qalıb. Kraliça insanların bu cür viruslara yoluxduğu yaşdadır. Kraliça mərasimi təxirə də sala bilərdi, amma o, bunu etmədi”, – agentlik baş redaktordan sitat gətirib.

Qeyd edək ki, Böyük Britaniyada indiyə qədər 51 koronavirusa yoluxma halı qeydə alınıb. Onların əksəriyyəti İngiltərədədir. Eyni zamanda Şimali İrlandiya, Uels və Şotlandiyada da yoluxma halları qeydə alınıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin