“Feministlər”dən demokratiyaya zərbə

10:21 15-03-2020 | icon 918 | Cəmiyyət
“Feministlər”dən demokratiyaya zərbə

Əlisahib Hüseynov: “Bununla bu xalqın milli-mənəvi dəyərlərinə qəsd edildi”

 

Mənəvi dəyərlərə qarşı yönələn dalğanın epsentrini araşdıran ekspertlər bu siyasətin feminist qadınların timsalında keçirilən son aksiya ilə gündəmə gətirildiyini bildirirlər. “Feministlərin” aksiyasında dilə gətirdiyi ideya Azərbaycan ictimaiyyətinə hansı dəyərləri aşılayır?

 

Versus.Az “Üç nöqtə”yə istinadən siyasi partiyalardan birmənalı olmayan fikirlərini təqdim edir. 

 

“Aksiyada mənəvi-əxlaqi terror baş verdi”

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib ki, məlum qadın hüquqlarına dəstək aksiyası məcrasından çıxaraq əxlaqsızlığın təbliği hərəkatına çevrildi. Başqa sözlə desək, aksiyada mənəvi-əxlaqi terror baş verdi:

 

“Bununla bu xalqın milli-mənəvi dəyərlərinə qəsd edildi. İndi baxaq görək bu aksiyanı dəstəkləyənlər bu murdar oyunun içindən, bu biabırçı yükün altından necə çıxmağa çalışacaqlar”.

 

Ə.Hüseynov bildirib ki, AXCP sədri Əli Kərimli də özünün “Facebook” hesabında paylaşdığı məlum statusu ilə əslində hansı "cəbhə"nin adamı olduğunu, kimləri və hansı "dəyər"ləri dəstəklədiyini bir daha nümayiş etdirdi:

 

“Adam əvvəlcə bir qrup "feministin” təşkil etdiyi aksiyaya dəstəyini ifadə etdi, lakin sonradan həmin aksiyanın və xüsusən də aksiyada səsləndirilən əxlaqsız şüarların cəmiyyət tərəfindən çox ciddi təpki ilə qarşılandığını, sosial şəbəkələrdə mənfi rezonans doğurduğunu görüb sözügedən statusunun şərh bölümündə özünə bəraət qazandırmaq səpkisində bir rəy də yazdı, insanları inandırmağa çalışdı ki, guya o, bu cür qeyri-etik şüarları dəstəkləmir və belə şüarları ictimai əxlaqa qarşı zərərli bir hal hesab edir”.

 

Ə.Hüseynov hesab edir ki, Əli Kərimlinin hələ 2-3 gün öncədən xəbəri vardı ki, "8 Marş" aksiyasında məhz belə bir qeyri-etik şüarlar səsləndiriləcək:

 

“Çünki həmin şüarların müəllifləri bu niyyətlərini aksiyadan bir neçə gün öncə sosial şəbəkə hesablarından bəyan etmiş və sözügedən şüarlarını da paylaşmışdılar. Vaxtının çox hissəsini “Facebook”da keçirən Ə.Kərimli ola bilməzdi ki, aksiyanın təşkilatçılarının bu niyyətlərindən xəbər tutmasın. Lakin o, susmağa üstünlük verdi. Nəticə isə göz qabağındadır”.

 

“Hətta fahişələr belə bu cür şüarlarla nümayişə çıxmazlar”

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, Azərbaycanda nümayiş etdirilən "feminizm" bir qədər radikal feminizmə uyğun gəlir, yəni ailə dəyərlərinin, ailə bağlarının qopmasına hesablanan hərəkətlər bunların fəaliyyətlərinin ana xəttini təşkil edir:

 

“Amma Azərbaycanda feminist adı ilə ortaya çıxanların cinsəl mənada iyrənc şüarlarına dünyanın heç yerində rast gəlinməz, hətta fahişələr belə bu cür şüarlarla nümayişə çıxmazlar. Bu heç feminizm də deyil, nəsə başqa şeydir və Azərbaycana qərbin müəyyən dairələri tərəfindən ixrac olunur”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...