XİN Azərbaycan vətəndaşlarına xəbərdalıq edib

21:11 15-03-2020 | icon 330 | Sosial
XİN Azərbaycan vətəndaşlarına xəbərdalıq edib

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edib. 

 

Xarici İşlər Nazirliyindən Versus.Az-a daxil olan məlumata görə, dünyada COVİD-19 infeksiyasının geniş yayıldığını və qlobal müstəvidə bu xüsusda təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, o cümlədən bəzi ölkələrdə fövqəladə vəziyyətin elan olunduğunu diqqətə alaraq, Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edir.

 

 

Vətəndaşlardan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xüsusda yaydığı məlumatları ilə tanış olmalarını və ÜST-ün yeni koronavirustan qorunmaq üçün tövsiyələrinə əməl etmələri xahiş olunur: https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public

 

"Hazırda Azərbaycan hökuməti tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür və istər Azərbaycan, istərsə də xarici ölkələrdəki bütün vətəndaşlarımızın sağlamlığının təmin edilməsi məqsədilə görülən bu tədbirlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən mütəmadi şəkildə yayılır:

 

"Xarici ölkələrdəki vətəndaşlarmızdan hazırda olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycan Respublikasının Səfirlik və Konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamalarını xahiş edirik. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu xüsusda qaynar xəttlər fəaliyyət göstərir. Vətəndaşlarımız, həmçinin müraciətlərini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin [email protected] elektron ünvanına göndərə bilər.

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

COVİD-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycan Respublikasının bəzi ölkələr ilə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılmışdır. Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə geri qayıtmaq mexanizmləri barədə məlumatlar əlavə olaraq vətəndaşlarımızın diqqətinə çatdırılacaqdır. COVİD-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçiriləcəklər və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması və müəyyən olunan qaydalara əməl etməsi zəruridir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı