Tovuz döyüşlərindən ŞANLI ZƏFƏRƏ

12:00 12-07-2023 | icon 1800 | Şəhidlər və şahidlər
Tovuz döyüşlərindən ŞANLI ZƏFƏRƏ

Bu gün böyük zəfərimizə yol açan Tovuz döyüşlərinin 3-cü ildönümüdür


O günləri heç vaxt unuda bilmərəm.Dünənki yox, indiki kimi xatırlayıram.12 iyul gecə vaxtı atəşkəsin pozulmasından xəbər tutdum.İlk Şəhidlərimizin olduğu andan dərindən kədərləndim.Ertəsi gün bütün televiziyalar və sosial şəbəkələr Tovuz döyüşləri barədə xəbər yaymağa başladı.İlk Şəhidlərimizin dəfnlərindən olan görüntülər ürəyimi parçaladı.Sonra isə dayımoğlu Saleh Həsənovun Tovuzun Dondar Quşçu kəndində artileriyada Şəhid İlqar Mirzəyevin komandanlığı altında qızğın döyüşlərdə iştirak etdiyini eşitdim.Bütün əsgərlərimizin sağ-salamat bu döyüşlərdən qələbə ilə çıxmasını Allahdan arzu elədim. Ertəsi gün alacağımız xəbərdən isə xəbərsiz idik. Bu xəbər Azərbaycan xalqının yenidən oyanışına təkan verəcəkdi. 14 iyul günü, tarixə çevrilən o gün General-mayor Polad Həşimov Şəhidliyə yüksəldi! 30 il generalı Şəhid olmayan bir ölkəni bu xəbər necə dərindən sarsıdırdısa, bizi də sarsıtdı. Eşitdiklərimizə inana bilmədik. Həmin gün neçə-neçə Qəhrəmanlarımızı Şəhid verdik. 15 iyul gününün səssizliyini 16 iyul günü pozdu. 16 iyul günü əsgər Nazim İsmayılov Tovuz döyüşlərinin son Şəhidi olaraq Şəhadətə yüksəldi. Bu xəbər bizə “Bəsdir!” deməyə bəs idi. Döyüşlər səngidi, yara hələ də sağalmadı. Qisas alovunda yanan odlar ölkəsinin mərd oğulları, istefada olan zabitlər, əsgərlər Qarabağ uğrunda səfərbər oldular! O gün olsun ki sözü tarixə qovuşacaqdı. Müharibə gözlənilirdi!

 

 

21 sentyabr günü Şəhid olan Elşən Məmmədovun qisas günü artıq hazır idi. Təlimə gedən çağırışçılar bir neçə gün sonra Zəfər Tarixini yazmağa başladılar! Gün Zəfər günü idi! Həyat tamamilə dəyişirdi! Şəhidlər verilirdi, ancaq, qisası alınan və qisas alan Şəhidlər! Və sonra bu yol Şuşadan da keçdi! Şuşada Zəfər Bayrağını dalğalandırdı! Bütün Şəhidlərimizin ruhu şad oldu! Ali Baş Komandan Tovuz döyüşlərində Şəhid olan hərbçilərimizi “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətənə xidmətə görə” orden və medalları, eləcə də “Azərbaycan Milli Qəhrəman” fəxri adı ilə təltif etdi. Cənab General, rahat uyu! Səndən sonra qisasının eşqiylə Şəhid olanlar qisasını aldılar! Sən Ruhunla azad etdiyin Şuşada Zəfər Bayrağını da öz ruhunla dalğalandırmısan! O bayraq qisasının mirasıdır!

 

General-mayor Polad İsrayıl oğlu Həşimov

Polkovnik İlqar Anzor oğlu Mirzəyev

Mayor Anar Gülverdi oğlu Novruzov

Mayor Namiq Hajan oğlu Əhmədov

Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov

Çavuş Vüqar Lətif oğlu Sadıqov

Gizir İlqar Ayaz oğlu Zeynallı

Gizir Yaşar Vasif oğlu Babayev

Baş əsgər Elşad Dönməz oğlu Məmmədov

Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov

Əsgər Elçin Arif oğlu Mustafazadə

Əsgər Nazim Əfqan oğlu İsmalıyov

Xatirənizi hörmətlə yad edirəm! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Amin!

 

 

POLAD

 

Qədim odlar yurdunun odu, közüsən, Polad,
Qələbə dastanının bir ön sözüsən, Polad,
Uğrunda can verdiyin ulu Vətən içində,
Sən o qədim Vətənin elə özüsən, Polad.

Dastanlarla böyüdün, sonda dastana döndün,
Şəhidliyə yüksəldin gözümüzün önündə.
Sən Zəfər Yolu üçün istiqamətdin, yöndün,
Ruhunla Fateh oldun Şanlı Zəfər günündə.

Qisasının eşqiylə neçə igidlər getdi,
Onların sayəsində Vətən arzuya yetdi,
Şəhidim, oğlun yaşda olan igid Qəhrəman,
Sənin qisasın aldı, Murovu azad etdi!

1 il başladı qəmlə, davam etdi Zəfərlə,
Sənsiz keçən o 1 il davam etdi nələrlə,
Qəbrin üstə deyirik: “Pis gün geridə qaldı,
Ey Səngər Generalı, Əsgərin Zəfər çaldı!”



Sənin qızıldan taxtın ürəyimdə var bu gün,
Hünərinə Atsızdan qalıbdır şüar bu gün:
İnsan büyür beşikdə məzarda yatmaq üçün,
Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün.



Xatirəni edirik, edəcəyik daim yad,
Şuşamız oldu azad, rahat uyu, uyu şad,
Sən Hünər Tarixində yeni bir iz, yeni ad,
Yaşa, bizləri yaşat, Şəhid Həşimov Polad!

 

SEVİNDİK NƏSİBOĞLU
/10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ