Beyinin işinə mənfi təsir edən vərdişlər

08:20 16-03-2020 | icon 786 | Maraqlı
Beyinin işinə mənfi təsir edən vərdişlər

Hazırda, demək olar ki, normal hesab olunan bəzi vərdişlər beyinin işinə mənfi təsir göstərə bilər.

 

İspaniyanın “La Vanguardia” nəşri bildirir ki, tədqiqatlara əsasən, oturaq həyat tərzi nəticəsində konkret neyronların strukturu dəyişir. Belə ki, müntəzəm fiziki iş zamanı orqanizmdə təbii ağrı kəsicilər hesab olunan endorfinlər ifraz olunur. Onlar bədənin gündəlik yüklənməyə tab gətirə bilməsi üçün lazımdır. Həmçinin fiziki aktivlik sayəsində beyin daha çox oksigen qəbul edir ki, bu da onun məhsuldarlığını artırır.

 

Eyni zamanda iki işlə məşğul olmaq da beyinin aktivliyinə mənfi təsir edir. Bu vərdiş stress, kortizol və adrenalin hormonlarının istehsalına gətirib çıxarır. Bu hormonlar isə beynin həddindən artıq stimullaşdırılmasına səbəb olur, nəticədə də insan fikrini toplamaqda çətinlik çəkir.

 

Bundan əlavə, insan daim virtual ünsiyyətdə olan zaman da beyin yüklənir. Belə ki, elektron poçtda onlarla məktuba, messencerlərdəki mesajlara cavab yazmaq, xəbər lentlərini izləmək də beyinin qıcıqlanmasına gətirib çıxarır. Daim ekrana baxan zaman beyin istirahət etmir. Bu işıq şüaları melatoninin ifrazını ləngidir. Halbuki 10 dəqiqəlik şəxsi ünsiyyət zamanı yaddaş və idrak bacarıqları yaxşılaşır.

 

Yaxşı yuxu isə beyinin işinə müsbət təsir göstərir. Belə ki, bu müddət ərzində xatirələr yaranır və lazımsız məlumatlar silinir. Alimlər, həmçinin yuxu zamanı neyronlara zərər verə biləcək zəhərli zülalların və həyat fəaliyyətinin digər məhsullarının orqanizmdən çıxarıldığını müəyyən ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin