Yardımlını VƏTƏNDAŞ HƏMRƏYLİYİ xilas edəcək

17:43 16-03-2020 | icon 1159 | Köşə
Yardımlını VƏTƏNDAŞ HƏMRƏYLİYİ xilas edəcək

Fakta söykənin, şəbədələrə yox


İGİD TEYMURLU

 

Yardımlının gözdən könüldən ıraqda qalmasının elə ən böyük səbəbkarlarından biri camaatın özüdür. Hər kəs nəyisə gözləməkdədir.

 

Qardaş, demokratiyanın ən ilkin şərti CAVABDEHLİK VƏ MƏSULİYYƏT HİSSİDİR. Öyləsə, sən özünə heç sual verdinmi ki, bu kənd üçün sən nə yapdın? Yapmamısansa, başqasından nə umacaqsan və necə umacaqsan?..

 

Əlində olan imkan və resursları yurdun inkişafı naminə yönləndirə bilmirsənsə, yurdun axarına da yanlış düşüncələrin səviyyəsində qiymət verib onu tirajlamağın ümumi ziyanımızadır, o kadar.

 

Yerli camaatın bir-birini nədən topa tutması, hansı əsasla topa tutması kənardan baxanda dəhşət saçır. Görürsən ki, adama məsələn, Yardımlı rayon icra aparatının funksioneri MAHİR MİRZƏYEVlə bağlı elə sözlər danışırlar ki, adamın tükü ürpəşir. Amma "fakt"ın üstünə gedəndə bu kəslərin deyilənlərlə bağlı göstərə biləcəkləri ortalıqda bircə faktları belə yoxdu. Sən də bu haqda yazmayanda israrla vurğulayırlar ki, siz bu hakimiyyətə işləyirsiniz.

 

ƏVVƏLA, hakimiyyətlər ötəri, dövlət isə əbədidir. Və dövləti də yaşadan sən xalqın seçdiyi hakimiyyətlərdir. Xalq da layiq olduğunu seçir. Mən sən xalqın layiq olduğun və seçdiyin hakimiyyətə işləyirəmsə, burada qəbahət bir şey yox. İKİNCİSİ, erməniyə, farsa, rusa işləmirəm, seçdiyin və seçdiyim, dövlətimi yönətən qüvvəyə işləyirəm. VƏ ÜÇÜNCÜSÜ, yazılarında, düşüncələrində öz dövlət, öz millət maraqlarını uca tutmaq "hakimiyyətə işləmək" dirsə, onda burada qəbahət nə?! Adama deyəndə ki, qardaş, mən dövlətçiliyimizin peşindəyəm və xalqın xidmətində durmaq istəməyən, durmayan hansısa məmurla bağlı faktın varsa təqdim elə. Bunun qarşılığında dərhal kənara çəkilib dezinformasiyanı, birtərəfli informasiyanı işıqlanlandırmadığına görə adama gülünc iradlar bildirirlər...

 

Cənub bölgəsində fəaliyyətdə olan bütün şirkətləri, udulan tenderləri əllərində sübut dəlil olmadan bir məmurun ayağına bağlayıb özləri də həmin məmurun qarşısında səkkizqat əyilirlər. Nə bilim ay filankəsin evi belədi, ay filankəsin maşını belədi. Bəyəm bu adam məmuru deyə evi, maşını olmamalıdır? Yox bütün bunları həmin məmur dediyin kimi hansısa "yeyinti hesabına" əldə edibsə, buyur iddianı təsdiq edəcək faktları ortaya qoy ki, mən də onun əsasında gedişini araşdırım...

 

Bu gün sən vətəndaş olaraq boynuna düşən yükü yerinə yetirmədiyin halda başqasını ittiham etməyinin adı nə? Bəlkə də yanlışam: cənub bölgəsi, özəlliklə Yardımlı ictimai-siyasi sferada olan liderlərini heç zaman ya müdafiə etmədi, ya da edə bilmədi. Hər zaman yerli kadrların ayağından çəkildi. Sosial problemlər məngənəsində inləyən toplum dərdini bəyan etmədən dərdinə çarə bulmadığına görə yerli kadrları hədəf seçib onun haqqında qorxulu nağıllar uydururlar!!

Bu el, bu oba hər zaman ağsaqqalıyla, ağbirçəyilə tanınıb, öyünüb. Hətta dediyin kimi "məmur zülmü baş alıb gedirsə" belə nə zaman bu kəndin ağsaqqalları o məmuru düz yola gətirmək, kəndin, kəsəyin problemini onun diqqətinə bir daha çatdırmaq üçün cəm oldular, ağsaqqal öyüdü verdilər? Əksinə, ağ saqqallı kişilər öz qarasaqqallarına isti yuva düzəltmək üçün elə həmin məmurun qarşısında ikibaşlı oyun oynamaqla ümumilikdə cəmiyyətin deqradasiyasına təkan veriblər..

 

Sadalanan neqativlər fonunda gəldiyim qənaət bu: Yardımlını VƏTƏNDAŞ HƏMRƏYLİYİ xilas edəcək - yetər ki, bu kontekstdə məmur-xalq birliyi üçün gərəkən addımlar atılsın, daha ağız ədəbiyyatından istifadə etməklə bir-birinin haqqında şəbəkələr qoşmayaq....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”