Azərbaycanı bu virusa qarşı qoruya biləcək İMMUNİTET - MÜSAHİBƏ

18:12 16-03-2020 | icon 1441 | Siyasət
Azərbaycanı bu virusa qarşı qoruya biləcək İMMUNİTET - MÜSAHİBƏ

Taleh Əliyev: Regonun siyasi müqəddəratı həll olmadan Qarabağ münaqişəsinin həlli mümkünsüzdür”

 

Regionun artan gərginliyi beynəlxalq sülhün bərpa prosesində iştirak edən böyük güclərin öz diplomatik səylərini intensivləşdirməyini tələb edir. Hərbi gücün beynəlxalq hüququ üstələdiyi bir vaxtda sülhün təmintına hesablanan “yol xəritəsi” hələ ki yoxdur. Mövcud durum, eləcə də Azərbaycan daxilində müəyyən sosial, iqtisadi, siyasi islahatların həyata keçirilməsini mühüm bir vəzifə kimi ortaya qoyur. Ölkənin ictimai-siyasi həyatında baş verən yenilənmələr və qarşıya qoyulan tələblər müxtəlif aspektlərdə təhlil olunur.

 

Politoloq Taleh Əliyev bu və ya digər məsələlərlə bağlı “Üç Nöqtə”yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

“Məmurlar əhalinin rifah halının yaxşılaşdırılması üçün ayrılan dövlət vəsaitini görməmişcəsinə özününküləşdirməzsə...”

 

- Taleh bəy, yeni ildən aktivliyi ilə müşahidə olunan seçki prosesinin nəticəsi Milli Məclisdə öz inkasını tapdı. Eləcə də beynəlxalq təşkilatların Azərbaycanla bağlı bizə hələ də "demokratiya" dərslərini keçməsi, paralel olaraq beynəlxalq hüqüqda tapdanmış hüququmuzun hələ də bərpa olunmasına səthi yanaşmalar, ümumilikdə Azərbaycanla bağlı hansı proseslərin getdiyini və bunun xalqın ümummilli rifahına hansı təsirini göstərməsi maraqlıdır?

 

- İlk öncə sizin də qeyd etdiyiniz kimi, cəmiyyətimizdə böyük siyasi aktivlik yaradan 9 fevral seçkiləri haqqında onu deyə bilərəm ki, Azərbaycan cəmiyyəti bu dəfə də müəyyən seçki saxtakarlığı ilə üz-üzə qaldı. Çox təssüflər olsun ki, 2019-cu ildə hakimiyyətin məhkəmə və icraedici  qollarında başladılan islahatlar prosesi qanunverici hakimiyyətin yenidən formalaşdırılması zamanı tam reallaşdırıla bilmədi. Sanki hakimiyyətin daxilindən hansısa qüvvələr bu prosesə ciddi formada kölgə saldı. Ona görə də mən hesab etmirəm ki, beynəlxalq müşahidəçilərin, xüsusilə də ATƏT-in müşahidəçilərinin obyektiv rəyini beynəlxalq aləmin bizə demokratiya dəsri keçməsi kimi qiymətləndirməliyik. Yenə də təkrar edirəm, bu seçkilərin nəticələrinin beynəlxalq müşahidəçilər tərəfindən mənfi qiymətləndirilməsinin məsuliyyəti həkimiyyətin daxilində axtarılmalıdır.

O ki, qaldı beynəlxalq hüquqla tanınmış hüquqlarımızı bu günə qədər reallaşdıra bilməməyimizə, məncə bunun daha dərin səbəbləri var. İlk növbədə bu məsələni böyük güclərin regonumuzda toqquşan maraqları ilə izah etmək istərdim. Təssüflə də olsa qeyd etməliyəm ki, Qarabağ münaqişəsi uzun illərdir Azərbaycan və Ermənsatn münaqişəsi deyil, regon uğrunda mübarizə aparan geosiyasi güclərin - Qərbin və Rusiyanın münaqişəsidir. Regonun siyasi müqəddəratı həll olmadan Qarabağ münaqişəsinin həlli mümkünsüzdür. Çünki geosiyasi güclər bu münaqişə ocağı vasitəsilə həm bir-birilərinə, həm də Azərbaycan və Ermənstana çox rahatlıqla təsir və təziq edə bilirlər.

Xalqımızın rifah halının yaxşılaşdırılması üçün hakimiyyət korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha qətiyyətli və səmimi olmalıdır. Çünki bizim ölkədə acınacaqlı durum yoxluqdan deyil, var olanın bəzi məmurlar tərəfindən mənimsənilməsi səbəbindən baş verir. Məmurlar əhalinin rifah halının yaxşılaşdırılması üçün ayrılan dövlət vəsaitini görməmişcəsinə özününküləşdirməzsə, Azərbaycanda əhalinin rifah halı indikindən qat-qat yaxşı olar. Son zamanlar həm vəzifə başında, həm də vəzifədən getdikdən sonra həbs olunan icra başçılarının əməlləri də dediklərimi əyani sübut edir. Bu proses davamlı olmalıdır, ona görə ki, hələ də vəzifədə olub bu xalqın malını yeyən çox sayda məmurlar iş başındadır.

 

- Mövcud Duruma adekvat olaraq siyasi müxalifətin də sərgilədiyi loyal yanaşma ictimai-siyasi, beynəlxalq rakusda  qarşımızda hansı mənzərəni yaradır? Cəmiyyətin iqtidarı ilə müxalifəti arasında bir anlaşmanın yarandığı da aparılan görüşlərdə özünü büruzə verir. Bütün bunlara baxanda hansı mərhələdəyik?

 

- Son günlər iqdidarla müxalifət arasında başladılan tanışlıq görüşlərinin yekunda ölkəmizdə ümummilli məsələlərlə bağlı dialoqa çevriləcəyi barədə də nəsə söz demək hələ çox tezdir. Bunun üçün ilk növbədə dialoqun predmeti və tərəfləri müəyyən edilməlidir ki, onun bütövlükdə Azərbaycan cəmiyyəti üçün faydalı olub olmaması barədə fikir yürüdə bilək. Bu gün sadəcə olaraq biz hər iki tərəfdən xoşməralı niyyətin olduğunu müşahidə edirik. Hər halda tərəflər özündə cəsarət tapıb bu danışıqları ümummilli poblemlərimizin həlli istiqamətində bir müzakirə masasına çevirə bilsələr bundan bütövlükdə Azərbaycan cəmiyyəti qazana bilər.

 

- "İctimai nəzarət" vətəndaş cəmiyyəti platformasının təsis olunması hansı zərurətdən yarandı. Eyni zamanda, Yeni QHT platformasının yaranması nə ilə bağlıdır. İctimai nəzarət dedikdə hansı təsirli vasitələrdən istifadəni düşünürsünüz? Bunu edəcək gücünüz varmı, yoxsa bu da yalnız qranta hesablanan məsələdir?

 

- İctimai Nəzarət Vətəndaş Cəmiyyəti Platformasının təsis olunması üçün biz hələ 2019-cu ilin noyabr ayında təşkilat komitəsi yaratmışdıq və bu barədə o vaxt mətbuatada məlumat vermişdik. Bu qrumun təsis olunmasında iştirak edən şəxslər uzun illərdir ki, Azərbaycan vətəndaş cəmiyyətinin fəal iştirakçılarıdır. Azərbaycan vətəndaş cəmiyyətinin potensial imkanlarını və mövcud reallıqlarını kifayət qədər dərindən bilən insanlardı. Dostlarla xeyli zaman öz aramızda apardığımız müzakirələrdən sonra belə qərara gəldik ki, bu adda bir QHT koalisiyası təsis edək. Məqsədimiz qrant almaq deyil, qrant almaq üçün təmsilçisi olduğumuz QHT-lər vasitəsil də buna nail ola bilərik. Hədəfimiz daha böyükdür. Ayrı-ayrılıqda edə bilmədiklərimizi birləşərək etmək. Azərbaycanda vətəndaş cəmiyyətinin daha geniş təşəkkül tapması üçün öz potensialımızı ortaya qoyaraq bu sahəyə töhfələrimizi vermək. İnanıram ki, qarşıya qoyduğumuz məqsədimizə nail ola biləcəyik. Novruz bayramı bitdikdən sonra “İctimai Nəzarət” Vətəndaş Cəmiyyəti Platformasının geniş təqdimatını planlaşdırırıq. Elə həmin toplantımızda da görəcəyimiz işlər barədə ictimayyətə daha geniş məlumat verəcəyik. Ona görə də gələcək fəaliyyətimiz barədə daha geniş danışmaq istəmirəm.

 

“Bu virusun bir qəst silahı olduğu tezliklə isbat olunacaq”

 

- Ekspertlər koronavirusun əsasən siyasi güclərin iqtisadi savaşı öz xeyirlərinə dəyişməsi üçün ortaya atılmış bir proqram olduğunu deyir. Azərbaycana qarşı bu cür "siyasi koronovirus” təhlükəsi varmı, nə dərəcədə bundan sığortalıyıq. Yəni, böyük güclər bu prosesdə bizdən hansı halda istifadə edə bilər?

 

- Dostlarla zaman-zaman bu mövzunu müzakirə edəndə mən bunun bir bakteroloji silah olduğunu israrla söyləyirdim. Bu fikri bu günlərdə İsrail parlamentinin bir xanım deputatı da səsləndirdi. Əgər diqqət etsəniz görərsiniz ki, həqiqətən böyük güclər bundan həm bir-birilərinə qarşı, həm də digər rəqib dövlətlərə qarşı istifadə edirlər. Artıq bu barədə bəzi beynəlxalq media qrumları da xəbərlər paylaşır. Mən əminəm ki, bu virusun bir qəst silahı olduğu tezliklə isbat olunacaq. Azərbaycanı bu virusa – bakteroloji silaha - qarşı qoruya biləcək immuniteti daxili sabitliyin zor gücünə deyil, bütün siyasi qüvvələrin birliyi və həmrəyliyi fonunda yarana bilər. Bunun üçün də iqdidar yubanmadan ilk addımı atmalıdır.

 

- Taleh bəy, ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri, QHT-lərin yaratmaq istədikləri demokratik mühit üçün baza varmı və bu gün sanki mövcud gözləmə mövqeyində olan  fəaliyyətlər nəyə söykənir - islahatlara, yoxsa inqilaba?

 

- Proseslərin hansı istiqamətdə inkişaf etməsi böyük ölçüdə Azərbaycan iqtidarının atacağı addımlardan asılıdır. Əgər doğrudan da siyasi hakimiyyət özündə güc taparaq 2019-cu ildə başlatdığı islahatları davam etdirə bilsə, o zaman ölkəmizdə  hər şey qanun çərçivəsində inkişaf edəcək. Keçən il Novruz bayramı münasibətilə xalqı təbrik edən ölkə başçısı İlham Əliyev bildirmişdi ki, Azərbaycanda islahatların alternativi yoxdur və hər sahədə iqtisadi, sosial və siyasi sahələrdə islahatlar davam etdiriləcəkdir. Bu bəyanatdan sonra hökümətin atmış olduğu bəzi  addımlar ölkədə islahatların aparıldığı barədə cəmiyyətdə bir inam hissi yaratmışdır. Amma keçən bir ildə görülən işləri bir mənalı qiymətləndirmək olmur. Yox əgər hansısa daxili və ya xarici qüvvə bu prosesə mane olacaqsa, o zaman ölkəmiz üçün heç də yaxşı olmayan ssenarilər işə düşə bilər.

 

- Regionun Suriya üzərindən müharibə ilə üzləşdiyi bəllidir. O cümlədən Rusiya, Türkiyə, İran üçlüyünü dağıtmaq üçün ABŞ-ın atacağı addımlar da Azərbaycandan istifadə halları baş verə bilərmi, Rusiyanın Azərbaycana münasibəti  Türkiyəyə münasibəti fonunda necə dəyişə bilər? Danışıqlar bu iki dövləti barışdıra biləcəkmi?

 

- Suriyada baş verənlər həqiqətən də çox acınacaqlı və dəhşətlidir. Bu gün Suriyada döyüşənlər Suriyanın deyil, məhz bu regonda ağalıq etmək istəyən güclərin maraqları uğrunda həlak olurlar. Nəticədə isə Suriya insanı məhv olur, iqtisadiyatı dağıdılır. Bu ölkədə Rusiya, Türkiyə və İran zorən müttəfiqləşiblər. Sizin də qeyd etdiyiniz kimi, digər güclərin regonda nüfuzlarının genişlənməsinin qarşısını almaq üçün bu ölkələr cari maraqlarını birlikdə qorumaq zorundadırlar. Amma İdlibdə yaşananlar göstərdi ki, belə kövrək iş birliyi ilə uzağa getmək olmaz. Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşma da, mənim qənaitimə görə müvəqqətidir. Hər an yenidən pozula bilər.

 

- Dağınıqlığı ilə diqqət çəkən siyasi müxalifətin necə, toparlana biləcəyinə ümidiniz varmı?

 

- Əslində dünyanın heç bir ölkəsində bütün müxalif qüvvələr birləşmir, bu nə dünən baş verməyib, nə bu gün belə nümunələr mövcud deyil, nə də mən hesab etmirəm ki, yaxın və uzaq gələcəkdə belə hal hansısa bir ölkədə baş verəcək. Ona görə də müxalifətin toparlanmasını bütün müxalifətin bir bayraq altında birləşməsi kimi qəbul etmək düzgün deyil. Müxalifətin zəifləməsi ölkədə demokratiyanın məhvi olduğuna görə ilk növbədə xalq özü güclü müxalifətin olmasında maraqlı olmalıdır. Hə o başqa məsələ ki, xalq kiməsə inanmırsa, o zaman yenisini meydana çıxarmalıdır. Ola bilməz ki, on milyonluq ölkədə inam və etibar bəsləniləcək şəxslər olmasın. Amma mən əminəm ki, ölkədə normal siyasi münasibətlər sistemi formalaşarsa, xalq qısa bir müddətdə yenidən siyasi proseslərdə aktiv iştirak edəcək. Əslində koronavirusa və digər siyasi viruslara qarşı dövlətimizin immuniteti xalqın siyasi proseslərdə aktiv iştirakı ilə mümkün olacaq.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı