Azərbaycanlılar İstanbul hava limanında çətin vəziyyətdə qaldı

18:53 16-03-2020 | icon 519 | Dünya
Azərbaycanlılar İstanbul hava limanında çətin vəziyyətdə qaldı

Türkiyədən vətənə dönmək istəyən Azərbaycan vətəndaşları İstanbul hava limanında çətin anlar yaşayıb.

 

Versus.Az xəbər verir ki, Qaynarinfo-nun redaksiyasına müraciət edən şəxs biletlər satılsa da, uçuşların olmamasını, insanları hava limanında çətin vəziyyətdə qaldıqlarını bildirib.

 

Həmin şəxs AZAL-ın ancaq öz bilet satdığı şəxsləri gətirdiyini, Türk Hava Yollarından bilet alan şəxslərin isə heç bir məlumat almadan gözlədiklərini qeyd edib.

 

“AZAL ancaq öz bilet satdığı şəxsləri gətirir, Türk Hava Yollarından bilet alan şəxsləri gətirmir, Orda olan Azərbaycan vətəndaşlarının çox hissəsi hələ də hava limanındadır. İnsanlara da əlavə heç bir məlumat verilmir. Çarter taksi deyiblər, amma onu da işə salmırlar, nə vaxtsa uçuş ola biləcəyi haqqında da heç nə demirlər. “Bəlkə ola bilər, baxarıq, sizə xəbər edərik” deyirlər”, – deyə həmin şəxs əlavə edib.

 

Qeyd edək ki, martın 14-də Azərbaycan və Türkiyə prezidentləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

 

Daha sonra hər iki ölkə vətəndaşlarının ölkələrinə geri dönməsi üçün xüsusi çarter reyislərinin olacağı haqqında məlumat verilib. /kafkassam.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı