Arvadını öldürən şəxsin şikayəti təmin edilməyib

10:36 17-03-2020 | icon 465 | Hadisə
Arvadını öldürən şəxsin şikayəti təmin edilməyib

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Faiq İbrahimovun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. 

 

Versus.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, hadisə ötən il  iyun ayında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

 

Xəstəxanada qeydiyyatçı işləyən Xavər İbrahimova sinə və boğaz nahiyəsindən aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

 

F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib.

F.İbrahimova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə itiham verilib.

 

F.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”