Uşaqlarda boyun inkişafına çox güclü əks-təsir edən çatışmazlıqlar

18:21 18-03-2020 | icon 3004 | Sağlamlıq
Uşaqlarda boyun inkişafına çox güclü əks-təsir edən çatışmazlıqlar

Nərminə Abbasova: “Dalaq xəstəliklərində əsas müalicə kimi bioenerjidən istifadə edilir”

 

Dalaq orqanizmdə ən sirli orqanlardan biri sayılır. Onun orqanizmdə rolu müasir tibdə sona kimi araşdırılmayıb.

 

 

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA dalaqla bağlı oxucularımızı məlumatlandırıb.

 

Qeyd edək ki, bu kiçik limfoid orqan - çəkisi 150-200 qram, uzunluğu təxminən 10 sm, rəngi tünd qırmızı olan dalaq orqanizmdə qanyaradıcı üzvlərin ən böyüyüdür.


  
Nərminə Abbasova bildirdi ki, Dalağın orqanizm üçün önəmi olduqca çoxdur. Burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Həkimin sözlərinə görə, Dalaq həmçinin yetərincə şişərək qanın təzyiqini azaldır və onu nizama salır:



“İti sürətlə axan çay dənizə tökülərkən sürətini azaltdığı kimi, dalaqda qan 8-10 mikron diametrli arterial kapillyarlardan 80-150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər”.

 

Həkim-terapevt deyir ki, sol tərəfimizdə mədə ilə qabırğanın arasında "gizlənən" və yerini dəyişə bilən dalaq insan orqanizminin çox qəribə üzvüdür:

“Bəzi hallarda insanda çox kiçik olan əlavə dalağa təsadüf edilir və xəstəliklə bağlı əsas dalaq götürüldükdə həmin əlavə dalaq böyüyüb kənar edilmiş dalağı əvəz edə bilir. Nadir hallarda anadangəlmə dalağın yoxluğuna da təsadüf edilir. Yeni doğulmuş körpələrdə dalağın kənarı sivri olur. İlk uşaqlıq dövründə dalaq paylı olur; yaşa dolduqca bu xüsusiyyət az-az təsadüf edir. Yenidoğulmuşlarda dalaq nisbətən yuxarıda yerləşir, hərəkətli və boylama oxu üfqi səthə yaxın olur. Tədricən dalaq şaquli vəziyyət alır. 7-12 yaşında dalaq yetişmiş şəxslərdəki nisbətə çatır. 40 yaşından sonra dalağın həcmi kiçilməyə başlayır və qocaldıqda aşağı enir”.


 
Nərminə xanım vurğuladı ki, Dalaq bədənimizin çox incə və dözümlü üzvüdür və əsasən soyuqdəymədən xəstələnir. Həkim bildirdi ki, Dalaq xəstəliyi uzun müddət ağrısız və gizli gedir:
  
“Dalaq ağrıyırsa, deməli, artıq kəskin xəstəlik və şişkin vəziyyətdədir. Dalağın xəstəliyi gizli olaraq orqanizmin müxtəlif sahələrinə güclü mənfi təsir göstərir. Məsələn, qaraciyərdə qanın tərkibini çirkləndirir, hemoqlobinin aşağı düşməsinə təsir edir, mədəaltı vəzə, mədənin həzminə təsir edir, bağırsaqların işləməsinə gizli təsir göstərir, hətta oynaqlarda revmatizm xəstəliyinin yaranmasına səbəb olur”.


  
Nərminə Abbasova bildirdi ki, Dalaq xəstəliyini təyin etmək üçün sol tərəfdə qoltuq altından qabırğanın sonuna qədər, həmçinin həmin hissənin arxa divarında energetik gərginlik əllə yoxlanılır. Əgər hər iki tərəfdə qabarıq gərginlik hiss edilirsə, demək, dalaq bütün həcmi üzrə soyuqlayıb və xroniki xəstədir. Əgər bu divardan yalnız birində energetik gərginlik özünü göstərərsə, onda dalağın xəstəliyi tam həcmi üzrə deyil, yüngüldür və xroniki deyil. Onda onun xəstəliyi daha tez müalicə olur:


  
Dalaq xəstəliklərində əsas müalicə kimi bioenerjidən istifadə edilir. Bioenerji ilə müalicə 10 gündən 20 günə kimi bir gündən bir müalicə edilir. Bu zaman müvafiq otlardan təmizləyici kimi, vitaminlərdən qidalandırıcı kimi və bal məhsullarından həm qida, həm təmizləyici kimi istifadə edilir. Əsasən səhərlər qaçış vaxtı dalaq və qara ciyərlərdə sancılar baş verir. Bu çatışmazlıqlar uşaqlarda boyun inkişafına çox güclü əks-təsir edir. Bunu aradan qaldırmaq üçün bioenerji ilə təsir etmək olar”.


 
Bəzən Dalaq ağrısından əziyyət çəkənlər fikirləşir ki, birdəfəlik xilas yolu onun əməliyyatla kənarlaşdırılmasıdır. Düşünürlər ki, ümumiyyətlə Dalaq lazımdırmı?


  
Nərminə xanım qeyd etdi ki, Dalağın anadangəlmə olmaması və ya cərrahi əməliyyatla kəsilib atılması orqanizmin həyat qabiliyyətinə və inkişafına elə bir dərin təsir göstərmir. Qədim romalılar və yunanlar qaçış yarışına çıxan idmançıların dalağını götürürdülər ki, qaçışçı sürətini artıra bilsin:
  
“Uzun müddət onu mütəxəssislər endokrin toxuması sayırdılar. Lakin sonradan bu teoriyadan imtina edildi. Hazırda belə fikirlər də var ki, dalaq onurğa beyninin hormonal işləməsini tənzimləyir”.

 

DİQQƏT!

Əgər Dalaq xəstəliyi haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR