Hər 10 dəqiqədə 1 nəfər ölür

10:50 19-03-2020 | icon 349 | Dünya
Hər 10 dəqiqədə 1 nəfər ölür

Son məlumatlara əsasən, İranda yeni koronavirus (COVID-19) nəticəsində hər 10 dəqiqədə bir nəfər ölür.

 

Versus.Az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə, Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur özünün "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, bundan əlavə, hər 1 saatda 50 nəfər yeni virusa yoluxur.

 

Nazirlik rəsmisi bu məlumatların İran vətəndaşları tərəfindən ciddiyə alınmasını vurğulayıb.

 

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (18 mart) 17 361 nəfərin yeni koronavirusa yoluxduğunu, 1 135 nəfərin öldüyünü, 5 710 nəfərin sağaldığını təsdiqləyib.

 

Əlavə edək ki, ötən gün İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi İranda hər 1 saatda 43 nəfərin yeni koronavirusa yoluxduğunu, hər 1 saatda 3 nəfərin öldüyünü bildirmişdi (trend).

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI