"Bu, sosial ədalətsizlik, insan haqlarının pozulmasıdır"

12:14 15-05-2018 | icon 636 | Gündəm
"Bu, sosial ədalətsizlik, insan haqlarının pozulmasıdır"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, partiyanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri və bəzi təşkilatı məsələlər müzakirə edilib.

 

Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, ALDP sədri Fuad Əliyev dövlət sektorunda çalışan vətəndaşların maaşlarının artırılması ilə bağlı çıxış edib. Bildirib ki, ilin əvvəlindən dövlət sektorunda çalışan vətəndaşların maaşlarının qaldırılması müşahidə olunurdusa, bir neçə gün əvvəl artıq deputatların da maaşları qaldırılıb:

 

"Deputatların maaşları həkim, müəllim, mühəndis və digər dövlət sektorunda çalışanların maaşlarından qat-qat yüksəkdir. Hakimiyyət deputatların maaşlarına 200 manat əlavə edib, amma həkim və müəllimlərin əmək haqları 20 manat qaldırılıb. Hesab edirəm ki, bu, sosial ədalətsizliklə yanaışı, insan haqlarının pozulması və aşağılanmasıdır”.

 

Partiya sədri Azərbaycanı digər ölkələrlə müqaisə edib:

 

“Neft olmayan ölkələrdə həkimlər - Gürcüstanda 390 dollar, Ermənistanda 300 dollar alır. Neft olan Azərbaycanda isə 205 dollar (350 manat). Müəllimlər – Gürcüstanda 320 dollar, Ermənistanda 230 dollar, Azərbaycanda 215 dollar (370 manat). Budur regionun “aparıcı”, iqtisadi cəhətdən inkişaf edən ölkəsində verilən maaşlar”.

 

İclasda eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyilə bağlı Bakı kəndlərində, Masallıda, Biləsuvarda, Cəlilabadda və Salyanda keçirilən tədbirlər müzakirə olunub və növbəti Bayraq aksiyaların keçiriləcəyi ünvanlar müəyyənləşdirilib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin